XƏBƏRLƏR




- 27/2/2021 Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək
tədbirləri ilə əhatə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı sosial dəstək tədbirləri həyata keçirir.
Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 13 min şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub.
Belə ki, şəhid ailələrinin üzvləri olan 7200 nəfərə aylıq sosial təminat növləri (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) üzrə ödənişlər təyin edilib. 9 min şəxsə sosial psixoloji dəstək göstərilib. 1210 müharibə əlili 1220 reabilitasiya vasitəsi, o cümlədən 15 hərbçi yüksək texnologiyalı protezlə təmin olunub.
2500-dən çox şəxsə isə aktiv məşğulluq tədbirləri vasitəsilə dəstək göstərilib. Onlardan 2200-ü özünüməşğulluq proqramına cəlb edilib və seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə təmin edilib. 250-dək şəxsin ödənişli ictimai işlər, digərlərinin əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 196 dəfə oxunub