XƏBƏRLƏR




- 12/2/2021 “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi
AZ1052,Bakı şəhəri, Ağa-Neymətulla küçəsi, PRESS -RELİZE
ev 47 a,mənzil 4.
Əlaqə telefonu 99 450 519 92 79
Əlaqə üçün şəxs Namiq Nəcəfov
e-mail namik_origami@mail.ru
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi” Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.
Layihənin başlanma tarixi 01.12. 2020-ci il, bitmə tarixi 28 fevral 2021- ci il
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 01 dekabr 2020-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasına start vermişdir.
Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan, risk qrupuna daxil olan, bir qrup xüsusi qayğıya ehtiyacı olan gənclər (ümumi say 48 nəfər, 3 ay ərzində, qlobal COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu bir zamanda, onlayn qaydada, layihə barədə məlumatlandırma prosesinə cəlb olunmuşlar. Koronavirusun yaratdığı bu situasiyada, layihə iştirakçılarına, ictimaiyyətin nümayəndələrinə layihə barədə donor və icraçı təşkilat göstərilməklə ətraflı məlumatlar verilmişdir.
“Fərqli fərdlərin sosial adaptasiyası” layihəsi çərçivəsində hər bir iştirakçı üçün hədiyyə olaraq çap məhsullari ,dəftərxana ləvazimatı və layihəni fərqləndirən atributlar hazırlanmışdır.
Layihədə iştiraka yeniyetmə və gənclər,qızlar və oğlanlar cəlb olunmuşlar.
Statistik məlumatlara əsasən ölkəmizdə Qlobal COVID-19 pandemiyasının fəsadları tədricən azalır,ciddi karantiun rejimində yumşalmalar baş verir. Layihənin aktiv və maraqlı icrasını təmin etmək,gənclər üçün sosial adaptasiyası istiqamətində səmərəsini daha da artırmaq məqsədi ilə 15,16,17,18,19 və 22 fevral 2021-ci il tarixlərində kiçik qrup (8) nəfər halında, fərqli kontinqentlə fərdlərin sosial adaptasiyası problemlərinin müzakirələrini təşkil edəcəyik.Müzakirələrin saat 10-00-da başlanması və 11-30-da bitməsi nəzərdə rurulur. Bütün iştirakçılara çay süfrəsi təklif edilir.
“Fərqli fərdlərin sosial adaptasiyası” layihəsi barədə mütəmadi olaraq ictimaiyyətin, KİV-in və sosial şəbəkələrin məlumatlandırılması,icra olunacaq hər bir tədbir zamanı foto-video çəkilişlərin aparılması nəzərdə tutulmuşdur.
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin Sabunçu rayonu ,Maştağa qəsəbəsind , çətin həyat şəraitində yaşayan gənclərin ləyaqətli həyat hüquqlarının tanınması və qorunması istiqamətində əhəmiyyətinə inanır və səylərini əsirgəmir.
Sizi, göstərilən hər hansı bir tarixdə , “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsi çərçivəsidə təşkil olunan tədbirə dəvət edirik.
Tədbirlərin keçiriləcəyi ünvan.: Maştağa qəsəbəsi, Sabir küçəsi, ev 472.
Layihənin rəhbəri Namiq Nəcəfov
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 115 dəfə oxunub