30 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
18/1/2021 2021-ci ilin hansı sosial hədəfləri var?


2021-ci ilin hansı sosial hədəfləri var?

Yaxın aylarda daha 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi açılacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əsas sosial hədəflər möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərimizin sosial dəstəklə,  yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri,  müasir protezlərlə təmin olunmasıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Nazir müavini postmüharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvünün, qazinin, müharibədən zərər çəkən şəxsin bu dəstəklə əhatə olunduğunu qeyd edib. O cümlədən 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlərin təyin edildiyini, eləcə də qeyd edilən kateqoriyalardan olan şəxslərin aktiv məşğuluq proqramlarına cəlb olunduğunu, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərildiyini diqqətə çatdırıb.

O, son bir ildə daha 1500 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxsin mənzil və fərdi evlə, 400 müharibə əlilinin avtomobillə təmin edildiyini deyib. İndiyədək bu kateqoriyalardan olanlara 9100-dən çox mənzil və fərdi evin, 7200-dən çox avtomobilin verildiyini qeyd edib. Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesinin bitməkdə olduğunu bildirib. Bu yeni mühüm proqramın şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcəyini deyib.

A.Kərimov diqqətə çatdırıb ki,  son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb. Yaxın aylarda 4 müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmasına şərait yaradıb. Eyni zamanda, yaralanmış qazilərimiz reabilitasiya vasitələri, xüsusilə də müasir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılır. Son bir ayda onlara 530 reabilitasiya vasitəsi verilib, həmçinin 6 qazi yüksək texnologiyalı 8 protezlə təmin olunub, hazırda da bu sahədə işlər davam edir.

Nazir müavini vurğulayıb ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı sosial təminatın ildən-ilə güclənməsinə imkan verib. 2020-ci ildə də sosial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla  5 milyard 743 milyon manat, o cümlədən pensiya üzrə 20%, Prezidentin təqaüdü və müavinət üzrə 18%, ünvanlı sosial yardım üzrə 41% çox vəsait yönəldilib.

A.Kərimov dövlət başçısının Fərmanları ilə şəhid ailələri və müharibə iştirakçılarına növbəti dəstək kimi, cari ilin əvvəlindən onlara yönələn təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını, yeni təqaüd növlərinin təsis edildiyini, 100 minədək insanın bu fərmanlarla əhatə olunduğunu qeyd edib. O, ötən il sosial ödənişlərin davamlılığının təmin olunduğunu, ünvanlı sosial yardım proqramının genişləndiyini, bu proqrama əlçatanlığın artırıldığını və  proqramın şərtlərinin yumşaldıldığını bildirib.

Nazir müavini pandemiya ilə əlaqədar dəstək tədbirlərini, son bir ildə pensiyalardakı artımları diqqətə çatdırıb.

Tədbirdə 2021-ci ildə qarşıda duran sosial hədəflər diqqətə çatdırılıb.

Bildirilib ki, bu hədəflər sırasına postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərinin daha da genişləndirilməsi, sosial ödənişlərinin davamlılığının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun qurulmasına başlanması, sosial proqramların, o cümlədən mənzil və avtomobillə təminat, özünüməşğulluq və s. proqramların daha da genişləndirilməsi, yeni DOST, reabilitasiya və sosial xidmət mərkəzlərinin yaradılması, Nazirlik üzrə e-xidmətlərin sayının 61-dən 100-ə çatdırılması və s. daxildir.

A.Kərimov tədbirdə jurnalistlərin suallarını da cavablandırılıb.

 

  Əlil Təşkilatları İttifaqı 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 497 dəfə oxunub




Flag Counter






» 27/11/2021- Salyanda Görüş

» 24/11/2021- Masallı şəhəri Respublikamızda əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslər üçün ən müyəssər şəhərdir.

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt