XƏBƏRLƏR




- 2/1/2021 Postmüharibə dövründə 1800-ə yaxın şəhid və yaralanmış hərbçi ailəsi, müharibə iştirakçısı, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Postmüharibə dövründə 1800-ə yaxın şəhid və yaralanmış hərbçi ailəsi, müharibə iştirakçısı, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən postmüharibə dövründə 1800-dək şəhid və yaralanmış hərbçi ailəsi, müharibə iştirakçısı, erməni terrorundan zərər çəkən şəxs aktiv məşğulluq tədbirlərinə cəlb edilib.
Onlardan 1540 şəxs (o cümlədən 860 şəhid ailəsi üzvü, 420 yaralanmış qazi və ya ailə üzvü) növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib. Onlara mal və materiallar, avadanlıqlar formasında aktivlər verilməklə, kiçik ailə müəssisələri yaradılır ki, bu da kiçik binzesə çıxış imkanlarına malik olmalarına imkan verir.
Erməni terroru nəticəsində evləri dağılmış 30-dək şəxs üçün də özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilərək kiçik müəssisələr qurulub.
Postmüharibə dövründə Agentlik Vətən müharibəsi şəhidlərinin və yaralanmış hərbçilərin ailə üzvlərindən, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkən şəxslərdən 219 nəfərini istəklərinə uyğun olaraq haqqı ödənilən ictimai işlərə cəlb edib. 31 nəfəri isə əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə işlə təmin olunub.
Bu xəbər 1023 dəfə oxunub