28 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/12/2020 Göygöl rayonunda müasir tələblərə uyğun qurulmuş Psixonevroloji Sosial Xidmət Müəssisəsi istifadəyə verildi


Göygöl rayonunda müasir tələblərə uyğun qurulmuş Psixonevroloji Sosial Xidmət Müəssisəsi istifadəyə verildi

 

Prezident İlham Əliyevin  tapşırıqları əsasında sosial infrastrukturun müasir tələblərə uyğun qurulması istiqamətində növbəti addım kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi (Göygöl rayonu) əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Göygöl rayon  İcra Hakimiyyəti başçısının birinci müavini Turani Əliyev iştirak ediblər.

Tədbirdən əvvəl S.Babayev və T.Əliyev ümummilli lider Heydər Əliyevin Göygöl rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

S.Babayev Prezident İlham Əliyev tərəfindən həssas əhali qruplarına göstərilən xüsusi qayğı nəticəsində həmin qruplardan olan insanların reabilitasiya və sosial xidmətlərlə təmin olunmaq,  cəmiyyətə inteqrasiya imkanlarının da artdığını vurğulayıb. O, sosial xidmətlərin əhatə dairəsinin son illərdə xeyli genişləndiyini, çoxspektrli sosial xidmətlər sisteminin qurulduğunu deyib.

Nazir reabilitasiya mərkəzləri kimi, 1000-dək vətəndaşın stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunduğu sosial xidmət müəssisələrinin də müasir tələblərə uyğun qurulması işlərinin aparıldığını bildirib.

S.Babayev qeyd edib ki, ötən il Nazirliyin Yevlax, Naftalan şəhərlərində Reabilitasiya Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı,  Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb. 2020-ci ildə isə Lənkəran, Xaçmaz, Şirvan və Şəki Reabilitasiya  Mərkəzlərinin müasir tələblərə uyğun qurularaq istifadəyə verilməsi təmin olunub.

Bu gün isə daha bir müəssisə - 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi açılır. 116 nəfər üçün nəzərdə tutulan müəssisədə sakinlərin stasionar şəraitdə rahat yaşayışı və sosial-reabilitasiyası müasir şərait yaradılıb.

Nazir yaxın vaxtlarda Sumqayıt Reabilitasiya Müəssisəsinin, Şağan Müalicə Pansionatının, Şamaxı  Psixonevroloji Sosial Xidmət Müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. Həmçinin Şəmkir və Qəbələ şəhərlərində 50 çarpayılıq Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinin davam etdiyini diqqətə çatdırıb.

S.Babayev sosial infrastrukturun müasir tələblərə uyğun qurulması ilə yanaşı, sosial xidmətlərin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, bu sahədə ixtisaslı kadr potensialının formalaşdırılması işlərinin də aparıldığını qeyd edib. Bildirib ki, əsas məqsəd hədəf qrupları olan insanların həyatında bu xidmətlərin daha təsirli və effektiv rola malik olmasını təmin etməkdir.

T.Əliyev rayonda belə bir müasir sosial müəssisənin açılmasının dövlət başçısının sosial sahəyə və eyni zamanda, regionların inkişafına xüsusi diqqət və qayğısının növbəti ifadəsi olduğunu vurğulayıb.

Sonra Psixonevroloji Sosial Xidmət Müəssisəsində yaradılan şəraitə baxış olub.

Əlil Təşkilatları İttifaqı

 
  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 578 dəfə oxunub




Flag Counter






» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/11/2021- “Məşğulluq marafonu” çərçivəsində 1000-dən şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/10/2021- “Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi

» 28/10/2021- İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus

» 28/10/2021- MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir