28 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
22/12/2020 Üçtərəfli Komissiya BƏT-in daha bir Konvensiyasının ratifikasiyası imkanlarını və yeni qanunvericilik layihələrini müzakirə etdi


Üçtərəfli Komissiya BƏT-in daha bir Konvensiyasının ratifikasiyası imkanlarını və

yeni qanunvericilik layihələrini müzakirə etdi

        

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan geniş miqyaslı  islahatların əsas hədəfi vətəndaş rifahının təminatı, əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Aparılan islahatlarla bağlı olaraq normativ hüquqi baza daim təkmilləşdirilir.

S.Babayev bildirib ki, ümumilikdə əmək və sosial sahədə islahat tədbirləri, əmək bazarı proqramları, əmək, məşğulluq, sosial müdafiə sahələrində hazırlanan yeni qanunvericilik layihələri mütəmadi olaraq Üçtərəfli Komissiyanın iclaslarında müzakirə edilir, sosial dialoq müstəvisində sosial tərəfdaşların rəy və təklifləri öyrənilir.

Nazir qeyd edib ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə fəal, səmərəli əməkdaşlıq təcrübəsinə malikdir. Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatların beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin növbəti təzahürü kimi, son illərdə Azərbaycan  BƏT-in Rəhbər Orqanına üzv də seçilib. Ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulan ölkəmizdə əmək qanunvericiliyi həmin konvensiyalara uyğun şəkildə təkmilləşdirilib. Hazırkı iclasın gündəliyində də BƏT-in daha bir Konvensiyasının ratifikasiyası imkanlarının müzakirə edilməsi var.

Bir çox layihələrin daha təkmil şəkildə hazırlanmasında ötən dövrdə Komissiyada aparılmış müzakirələrin önəmini qeyd edən S.Babayev hazırkı iclasda bir sıra yeni qanunvericilik layihələrinin sosial tərəfdaşlarla birgə müzakirəsinin nəzərdə tutulduğunu bildirib.

Komissiya “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanun layihəsini müzakirə edib. Həmçinin dövlət qulluğunda rotasiyanın tətbiqi mexanizmləri və s. barədə layihələr, BƏT-in “Sahibkarların ödəmə qabiliyyəti olmadığı halda zəhmətkeşlərin tələblərinin müdafiəsi haqqında” 173 nömrəli Konvensiyasının ratifikasiyası imkanları müzakirə edilib.

 

Əlil T.şkilatları İttifaqı

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 449 dəfə oxunub




Flag Counter






» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/11/2021- “Məşğulluq marafonu” çərçivəsində 1000-dən şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/10/2021- “Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi

» 28/10/2021- İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus

» 28/10/2021- MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir