XƏBƏRLƏR




- 4/12/2020 "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində Azərbaycanda mövcud inklüziv təhsil qanunvericiliyi və siyasətinin təhlili mövzusunda onlayn görüş təşkil olunub.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Avropa İttifaqının maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində Azərbaycanda mövcud inklüziv təhsil qanunvericiliyi və siyasətinin təhlili mövzusunda onlayn görüş təşkil olunub.
Görüş inklüziv təhsilə dair Azərbaycan Respublikası qanunvericiliyinin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının tələblərinə uyğunlaşdırılması üzrə təkliflərin layihənin hədəf regionlarından olan ictimaiyyət nümayəndələri ilə müzakirəsi məqsədilə keçirilib.
Müzakirələrin sonunda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, həmçinin, inklüziv təhsillə bağlı qanunvericilikdə və siyasətdə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr təqdim olunub.
Xatırladaq ki, layihə tərəfindən aparılan təhlilin əsas məqsədi mövcud qanunvericiliyin güclü və zəif tərəflərinin, eləcə də mövcud boşluqların müəyyən edilməsi, Azərbaycanın ümümtəhsil sistemi çərçivəsində inklüziv təhsilin tətbiqi üçün strateji inkişaf yolunun müəyyən edilməsinə yönəlik tövsiyələrin təklif olunmasından ibarətdir.
Əlil Təşkilatları İttifaqı
Bu xəbər 245 dəfə oxunub