11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
26/11/2020 Üç rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzil və fərdi evlərlə təmin edildi


Üç rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri

mənzil və fərdi evlərlə təmin edildi

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu şanlı tarix yazaraq ərazilərimizi Ermənistanın işğalından azad etdi. Qələbə sevincini yaşadığımız günlərdə şəhid ailələrinin, müharibə əlillərinin mənzillə, fərdi evlərlə təminatı tədbirləri də davam edir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 mənzil və fərdi ev (Lənkəranda 10 mənzil, Sabirabad və Salyanda 9 fərdi ev) həmin kateqoriyalardan olan vətəndaşlara təqdim olunub.

Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

V.Nəsirli vurğulayıb ki, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz  30 ilə yaxın Ermənistanın işğalı altında qalan ərazilərimizi cəmi 44 gün ərzində işğaldan azad etməklə güclü Ordular sırasında olduğunu bir daha nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan düşmənə qarşı mübarizədə sarsılmaz milli birliyin yenilməz nümunəsini ortaya qoydu. Bu parlaq Qələbə ilə məcburi köçkünlərimizin 30 illik yurd həsrətinə son qoyuldu. İşğaldan azad edilmiş ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələri də yaradılacaq.

Nazir müavini şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təminatı işlərindən bəhs edib. O, dövlət başçısının tapşırığı ilə bu işlərin ildən-ilə geniş vüsət aldığını diqqətə çatdırıb.

Bildirib ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626, ötən il bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.  2020-ci ildə isə rekord həcmdə - azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi  işləri aparılır. Onlardan artıq böyük əksəriyyəti təqdim edilib.

Ümumilikdə ötən dövrdə 8423 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib. Dövlət başçısının tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə, müharibə əlillərinə dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün də müvafiq işləri aparacaq.

T.Qaraşov sosial sahəyə dövlət qayğısının daim artmaqda olduğunu, Lənkəran rayonunda da sosial müdafiə tədbirlərinin geniş miqyasda davam etdirildiyini  bildirib.

Evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri düşmən üzərində böyük Qələbənin əldə olunmasının onlar üçün ən böyük hədiyyə olduğunu, işğaldan azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanmasından böyük qürur hissi keçirdiklərini qeyd ediblər. Xalqımıza sonsuz zəfər sevinci bəxş etdiyinə və bu qələbə ovqatlı günlərdə onlara mənzillər təqdim olunduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.   

Əlil Təşkilatları İttifaqı



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 295 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi