10 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/8/2020 Xaçmaz Reabilitasiya Mərkəzi əvvəl və indi


Xaçmaz Reabilitasiya Mərkəzi  əsaslı təmir və yenidənqurmadan

sonra istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xaçmaz Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Xaçmaz Reabilitasiya Mərkəzi  əsaslı təmir və yenidənqurmadan

sonra istifadəyə verildi

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizdə bütün sosial proqramların bu il daha da genişləndirildiyini vurğulayan H.Abdullayev reabilitasiya infrastrukturunun müasirləşdirilməsi işlərinin də geniş vüsət aldığını bildirib. O qeyd edib ki, ötən il nazirliyin Yevlax və Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 2020-ci ildə bu istiqamətdə işlər davam edir.

Nazir müavini deyib ki, avqustun 11-də Lənkəran şəhərində, 18-də isə Şəki şəhərində Reabilitasiya Mərkəzləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu gün isə daha bir reabilitasiya müəssisəsi Xaçmaz şəhərində açılır. Beləliklə, bu ay, yəni avqust ayında artıq üçüncü reabilitasiya müəssisəsidir ki istifadəyə verilir. Bu isə əlilliyi olan şəxslərin həm reabilitasiya imkanlarının artmasına, həm də onların müasir tələblərə uyğun bərpa müalicə xidmətləri ilə təminatına imkan yaradır.

H.Abdullayev bu il Sumqayıt, Şirvan Reabilitasiya Mərkəzlərinin, Şağan Reabilitasiya Pansionatının da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. Bildirib ki, 2020-ci ildə Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya Mərkəzlərinin açılması da planlaşdırılıb. Ümumilikdə bu il nazirliyin yeni 8 reabilitasiya müəssisəsinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 28 minə çatacaq.

E.Rzayev  rayonda belə bir müasir reabilitasiya ocağının yaradılmasının sosial sahəyə, həssas qruplara dövlət qayğısının daha bir  əyani təzahürü olduğunu vurğulayıb.

Əlilliyi olan şəxslər çıxış edərək onların sosial təminatının gücləndirilməsi sahəsində atılan addımlara, eyni zamanda, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Xaçmaz Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə keyfiyyətli reabilitasiya xidmətlərinin göstərilməsi üçün müasir tələblərə uyğun şərait yaradılıb. Burada müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər yeni  prosedurlar tətbiq olunacaq. Mərkəzdə Xaçmaz və ətraf rayonlar üzrə il ərzində 600 əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstəriləcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 740 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi