10 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/8/2020 Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi”ləri ilə tanış olub


Bakı, 12 avqust, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 6 nəfərlik müştəri salonu olan, müasir standartlara cavab verən TX modelli yeni 100 ədəd "London taksi"si vətəndaşlar üçün xidmətə hazırdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də yeni taksilərlə tanış olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevə yeni taksilərin xüsusiyyətləri barədə məlumat verdi.

Nazir bildirdi ki, yeni taksilərdə həm sürücülər, həm də sərnişinlər üçün tam təhlükəsiz və rahat şərait təmin olunub. “TX” modelli yeni taksinin bir sıra üstünlükləri var. Belə ki, bu model taksilər yanacaq əvəzinə elektriklə işləyir. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.

Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Yeni taksilərin sərnişin kabinəsi digər “London taksi”lərindən fərqli olaraq daha genişdir və altı oturacağı var. Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb. Sürücü ilə sərnişin arasında əlaqəni minimuma endirmək üçün şüşə arakəsmə mövcuddur. Bu isə pandemiya dövründə təcrid və sosial məsafə baxımından da olduqca əlverişlidir. Kabinədə sürücü ilə əlaqə üçün xüsusi mikrofon, görmə qüsurlu sərnişinlər üçün brayl əlifbası ilə idarəetmə paneli, eşitmə əngəllilər üçün isə təlimat lövhəsi var. Avtomobil fiziki əngəllilər üçün pandusla təchiz edilib. Bu taksilərdə ödənişi post-terminal vasitəsilə də həyata keçirmək mümkün olacaq.

Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda paytaxtda ''Bakı Taksi Xidməti'' Məhdud Məsuliyyətli Cəmiyyətinin 1200 taksisi sakinlərə xidmət göstərir. London “TX4” modelləri 5 nəfərlikdir.

Onu da qeyd edək ki, yeni gətirilən taksilər “Android” sistemi ilə təchiz olunub. Bu isə sürücülər üçün geniş imkanlar açır. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilir.

Yeni taksilərin Bakıya gətirilməsi paytaxtda sərnişindaşımanın bu növü üzrə xidməti daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.

Sonra Prezident İlham Əliyev yeni taksini idarə etdi.

 

 

 

 

 

 

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 494 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi