11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/8/2020 “VCT dayanıqlıq indeksi - 2019”


USAİD-in “VCT dayanıqlıq indeksi - 2019” hesabatının onlayn təqdimat mərasiminə dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Tədbir bügün (04 avqust) saat 15.00-da başlayır. Qoşulmaq üçün aşağıdakı linkdən istifadə etməyiniz xahiş olunur:

Join Zoom Meeting

https://us02web.zoom.us/j/9821563916?pwd=RHdZWEYwUkNVUzRYN3czY1ltN0tmQT09

 

VCT-LƏRİN ÜMUMİ DAYANIQLIĞI: 5.9[1]

2019-cu ildə Azərbaycanda vətəndaş azadlıqlarının yüksək dərəcədə məhdudlaşdırılması davam etmişdir. Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty International) bildirdiyinə görə, “ifadə azadlığı və dinc toplaşmaq azadlığı hüquqları [Azərbaycanda] sıxışdırılmış olaraq qalmışdır, belə ki, fərqli düşünənlər susdurulmuş və azadlıqdan məhrum edilmiş və dinc etirazlar polis tərəfindən zorakılıqla dağıdılmışdır”. Human Rayts Votç (Human Rights Watch) təşkilatı qeyd edir ki, müstəqil aktivist fəaliyyətləri, tənqidi jurnalistika və müxalif siyasi fəaliyyət [Azərbaycanda] faktiki olaraq yox edilmişdir, belə ki, çoxlu sayda fəallar, insan hüquqlarının müdafiəçiləri və jurnalistlər saxlanılmış və azadlıqdan məhrum edilmiş və müstəqil qrupların fəaliyyətlərini və maliyyələşdirilmə imkanlarını məhdudlaşdıran qanunlar və normativ aktlar qəbul edilmişdir”.

Eyni zamanda, 2019-cu ildə bir sıra müsbət irəliləyişlər baş vermişdir. Məsələn, martda prezident İlham Əliyev cinayətlərə görə məhkum edilmiş 400-dən artıq şəxsi, o cümlədən əllidən artıq müxalifət nümayəndələrini, insan hüquqlarının müdafiəçilərini, jurnalistləri və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus sayılan digər şəxsləri əfv etmişdir. Bununla belə, Human Rayts Votç təşkilatının bildirdiyinə görə, ən azı otuz nəfər digər şəxs hüquqa zidd olaraq həbsdə saxlanılmış, dövlət hakimiyyəti orqanları hakimiyyəti tənqid edənləri və digər fərqli düşünənləri mütəmadi olaraq hədəfə almışlar. Eləcə də, martda Ali Məhkəmə siyasi fəal İlqar Məmmədova təyin edilmiş probasiya şərtlərini və səfər qadağasını götürmüşdür. Həmçinin prezident Əliyev hökumətdə iqtisadi və siyasi modernləşdirmə məqsədi daşıyan bir sıra dəyişikliklər etmiş, o cümlədən baş naziri və iqtisadiyyat nazirini dəyişmişdir.

Azərbaycanda VCT-lərin ümumi dayanıqlığı 2019-cu ildə əhəmiyyətli dəyişikliyə uğramayıb və olduqca sıxıntılı vəziyyətdə qalmaqdadır. Bununla belə, hökumətin VCT-lərlə münasibəti bir qədər yaxşılaşmışdır ki, bu da maliyyə dayanıqlığı və ictimai maraqların müdafiəsi kimi sahələrdə müsbət irəliləyişlərə şərait yaratmışdır. VCT-lər dövlət maliyyələşdirməsinə daha çox çıxış imkanı əldə etmiş və hökumət qrantları, ianələri və xarici xidmət müqavilələrini qeydiyyata almaqda davam etmişdir ki, bu da sektorun maliyyə dayanıqlığına müsbət təsir göstərmişdir. VCT-lərin ictimai maraqların müdafiəsinə yönələn fəaliyyətləri məhdud olaraq qalsa da, yaxşılaşmışdır, belə ki, bəzi hökumət qurumları VCT-lərlə əməkdaşlığa daha çox istək nümayiş etdirmiş, qərarların qəbulu proseslərində VCT-lərin daha geniş dairəsinin iştirak etməsinə imkan yaratmışlar. Bundan əlavə, VCT rəhbərləri 2020-ci ilin fevralında parlament seçkilərində namizəd qismində qeydiyyata alınmışlar. Bu arada, VCT-lər məhdudlaşdırıcı mühitdə fəaliyyət göstərməkdə davam etmişlər, elə bir mühitdə ki, onlar hüquqi status əldə etməyin və xarici qrantları qeydiyyata aldırmağın çətin olduğunu hesab edirlər və regionlarda ictimai tədbirlərin təşkili üçün dövlət orqanlarından icazə almaları tələb olunur.

Rəsmi məlumatlara əsasən, 2019-ci ildə Ədliyyə Nazirliyi (ƏN) xarici QHT-nin bir filialını və 109 yerli VCT-ni qeydiyyata almış (müqayisə üçün: 2018-ci ildə bu say 169 olub), nəticədə qeydiyyata alınmış VCT-lərin ümumi sayı 4500-dən çox olmuşdur. Ölkədə həmçinin bir neçə yüz qeydiyyata alınmamış qrup da vardır. İl ərzində beş VCT fəaliyyətini könüllü olaraq dayandırmış, xarici QHT-nin bir filialı da daxil olmaqla yeddi VCT öz hüquqi statusuna xitam vermişdir.

 


[1] Giriş hissəsinin və “Hüquqi mühit” bölməsinin müəyyən hissələri icraçı tərəfdaş tərəfindən hazırlanmayıb və redaktə prosesində digər iştirakçılar tərəfindən daxil edilmiş mətnləri özündə ehtiva edir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 474 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi