XƏBƏRLƏR




- 14/7/2020 Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb
Əlil Təşkilatları İttifaqı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin
Tovuz istiqamətində təxribatı ilə əlaqədar bəyanat yayıb
Son günlər Ermənistan silahlı qüvvələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində təxribat törətmiş, ordumuzun mövqelərini ağır artileriya qurğularından atəşə tutmuş, ərazilərimizi zəbt etməyə cəhd etmişlər. Bununla əlaqədar olaraq Əlil Təşkilatları İttifaqınına daxil olan 41 təşkilat bəyanat yayıb.
Bəyanatda deyilir: “Qəfil hücum zamanı ordumuzun komandir, zabit və əsgərləri şəhid olub, yaralılar var. Ali Baş Komandanımızın qəti iradəsi ilə Azərbaycan Ordusunun ərazi bölmələri yüksək peşəkarlıq və döyüş ruhu nümayiş etdirərək rəşadət göstərmiş, düşmən ordusunu itkilərə məruz qoyaraq geri çəkilməyə məcbur etmişdir. Bu, Milli Ordunun yüksək döyüş hazırlığını, möhkəm maddi-texniki bazaya malik olduğunu, zabit və əsgərlər arasında yüksək vətənpərvərlik ruhunun hökm sürdüyünü göstərir.
Ermənistan dövləti bu təxribatı tərətməklə nöbəti dəfə təcavüzkar siyasətini büruzə verdi. Azərbaycanın tarixi ərazilərində dövlət qurmuş, siyasətini məkirli niyyətlərlə formalaşdıran Ermənistan dövləti zaman-zaman işğalçılıq niyyətlərindən əl çəkmir, əsassız ərazi hərisliyindən usanmır. Lakin onlar unudurlar ki, indi Azərbaycan hər bir sahədə, o cümlədən ordu quruculuğu sahəsində bölgədə lider ölkələrdən biridir və Ali Baş Komandanın əmri ilə hər an işğal olunmuş torpaqlarını azad etmək iqtidarındadır”.
Bəyanat müəllifləri Milli Ordunun ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi igidlik nümunəsi təqdir edir, müqədddəs Vətən torpağlarının müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərimizə rəhmət, yaralı döyüşçülərimizə şəfa diləyək bildirilər: “Biz Əlil Təşkilatları İttifaqı ətrafında birləşən təşkilatlar, əlilliyi olan şəxslər, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmış vətəndaşlarımız beynəlxalq birliyin Ermənistanın təxribatlarına qarşı çıxaraq onu durdurmağa və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün təmin olunmasına çağırırıq”.
Allah şəhidlərimizə rəhmət eləsin.
Yaralılarımıza Allahdan şəfa diləyrik.
Ali Baş Komandana, əsgər və zabitlərimizə, Azərbaycan xalqına qələbə sevinci arzulayırıq!
Bu xəbər 1535 dəfə oxunub