XƏBƏRLƏR




- 26/6/2020 ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
ŞURANIN DƏSTƏYİLƏ İTALİYA VƏ UKRAYNANIN SƏHİYYƏ İSTİQAMƏTLİ TƏŞKİLATLARI İLƏ TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB
25 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Vərəm əleyhinə Avropa Koalisiyasının əlaqələndirici dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində "Vətəndaş Cəmiyyəti təşkilatlarının COVİD-19 pandemiyası dövründə səhiyyə sistemlərinə dəstəyi - Beynəlxalq təcrübə" mövzusunda növbəti onlayn konfrans keçirilib.
Konfransın məqsədi İtaliya və Ukraynanın səhiyyə yönümlü qeyri-hökumət təşkilatlarının (QHT) pandemiya zamanı həyata keçirdikləri müsbət təcrübələri öyrənmək, koronavirusla mübarizədə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətini təşkilatlarını beynəlxalq təcrübə ilə tanış etmək və təcrübə mübadiləsi aparmaq idi.
Konfransı açılış nitqi ilə açan Azərbaycan Milli QHT Forumunun Prezidenti Rauf Zeyni Azərbaycanda QHT-lərin pandemiya dövründə aktiv fəaliyyəti barədə qeyd edərək, tədbir təşəbbüskarlarına təşəkkür edib.
Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası sədri Elchin Mukhtarli Koalisiyanın son dövrlərdə pandemiya ilə mübarizədə aktiv fəaliyyətə başladığını vurğulayaraq, tədbirin önəmini qeyd edib.
“Ukraynanın Pasiyentləri” təşkilatının İcraçı direktoru İnna İvanenko və “Koronavirusla mübarizədə birləşək” təşəbbüsünün koordinatoru Maria Qrişina ölkədəki vəziyyət, təşkilatın pandemiya ilə mübarizə üçün 707 782 ABŞ dolları həcmində vəsaiti necə toplaması, 154 xəstəxanaya, eləcə də 5000 nəfər tibb işçisinə necə sosial dəstək göstərmələri haqda təqdimatla çıxış etdilər. Biznes qurumlarla əməkdaşlıq üçün asan başa düşülən alqortimlər, şəffaf maliyyə hesabatlığı üçün ictimai vahid elektron mühasibat sistemi yaradılmışdır. Bütün ölkəni əhatə edən könüllülər şəbəkəsi köməyilə həssas qrupdan olan insanlara tibbi ləvazimat dəstəyi təmin edilib. İnna İvanenko, Azərbaycanla müqayisədə Ukraynada yoluxanların və ölənlərin sayının dəfələrlə çox olduğunu da qeyd etdi.
“Zaporuka” Xeyriyyə Fondunun nümayəndəsi Yana Daşkovska COVID-19 dövründə Pediatrik Onkologiyada yaranmış çətinliklər və cəmiyyət tərəfindən görülmüş işlər barədə təqdimatla çıxış etdi. Afina Xərçəngə qarşı qadınlar QHT-in pandemiya dövründə fəaliyyətlərini təşkilatın sədr müavini və xərçəngə qalib gəlmiş şəxs Viktoriya Romanyuk qeyd etdi. Karantin dövründə xərçəng xəstəliyinin aşkarlanmasında fasilələr yarandığını qeyd etdi.
İtaliyanın Soleterre Onlus Fondunun Prezidenti Damiano Rizzi və Fondun Strateji Əməkdaşlıq üzrə bölmə rəhbəri Stefano Oltolini Pavia-Lombardi xəstəxanasında Fondun 11 psixoloqunun Koronavirus xəstələrinə birbaşa necə psixoloji yardım göstərməsi haqqında məlumat veriblər. Xəstəxanada xəstə sayının çox olması, hər kəsin müalicə edilə bilməsinin mümkünsüzlüyü, xəstənin daxili dünyasına toxunmanın mümkünsüzlüyü, ailə üzvləri ilə əlaqənin mümkünsüzlüyü, həkimlər və tibb işçilərinin də xəstəlik tutma qorxusu kimi problemlərlə üzləşilirdi. Virus yayıldığından Soleterre Pavia xəstəxanasına maksimum dərəcədə əməkdaşlıq təklif edib. Bu xəstəxanada 3 ay ərzində 397 aktiv xəstənin vəfat etdiyini bildirib. Soleterre komandasının 11 psixoloqu həm fiziki fəaliyyətlərə həm də onlayn müdaxilə üçün hazır idilər. Onlar koronavirus xəstələrinə, onların ailə üzvlərinə və tibb işçilərinə psixoloji dəstəyi layihə çərçivəsində tam ödənişsiz şəkildə həyata keçiriblər. Fondun prezidenti daha çox insana xidmət göstərmək üçün psixoloji dəstəyi rəqəmsallaşdırdıqlarını da qeyd etdi.
Tədbir interaktiv müzakirələrlə davam edib. Tədbiri 65-ə yaxın iştirakçı birbaşa və 390-dan çox iştirakçı canlı yayımla social şəbəkə üzərindən izləyib.

Bu xəbər 1299 dəfə oxunub