05 Mart 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/6/2020 Əlilliyi olan şəxslərin ifalarından ibarət “Qəlbin nəğməsi” musiqi albomu nəşr edildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi

Əlilliyi olan şəxslərin ifalarından ibarət “Qəlbin nəğməsi”

musiqi albomu nəşr edildi

Tanınmış müğənnilərlə duetlərin də yer aldığı albomun ASAN Radioda təqdimatı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istedad və bacarıqları ilə seçilən əliliyi olan şəxslərin və onların yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması istiqamətində növbəti layihəni gerçəkləşdirib.

Nazirlik tərəfindən ölkədə ilk dəfə olaraq əlilliyi olan şəxslərin ifalarından ibarət toplu -“Qəlbin nəğməsi” adlı musiqili albom hazırlanıb.

Topluda istedadlı əlilliyi olan şəxslərin ifalarında klassik, milli və müasir musiqi əsərləri təqdim edilir. Layihənin daha bir özəlliyi albomda əlilliyi olan şəxslərin tanınmış müğənnilərlə birgə ifa etdiyi musiqi əsərlərinin olmasıdır.

Avroviziya mahni müsabiqəsində ölkəmizi təmsil edəcək Samirə Əfəndi ilə birgə əlilliyi olan şəxslərin ifasında Azərbaycanın Dövlət Himni ilə başlayan alboma sağlamlıq imkanları məhdud gənclərin ifa etdiyi, ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı da daxil edilib.  

Həmçinin topluda Aysel Əlizadənin, Turanə Həmidovanın (əməkdar artist Aygün Bəylərlə birgə), Gülnar Rəhimovanın, Elgiz Babazadənin, Sima Tapdıqovanın, Mehman Çingizoğlunun, Bəhlul Tufanın  (Şəmistan Əlizamanlı ilə birgə), Fərqan Arifoğlunun, Seymur Əliyevin, Sadiq Həsənovun, Gülnar Novruzovanın (İlqar Xəyalla birgə), Murad Sadıxın, Fatimə Əkbərlinin səsləndirdiyi mahnılar disk və fləşkartda təqdim edilir.

“Qəlbin nəğməsi” albomu Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib. Agentlik tərəfindən müəlliflik hüququna dair şəhadətnamə verilib.

Yaxın günlərdə ASAN Radio – 100 FM-də layihənin təqdimatı keçiriləcək. Veriliş Nazirliyin və ASAN Radionun facebook səhifələrində canlı yayımlanacaq.

2 həftə ərzində ASAN Radioda albomda olan musiqi nömrələri səsləndiriləcək, geniş dinləyici auditoriyasına təqdim ediləcək.

 

Bundan əvvəl Nazirlik tərəfindən əlilliyi olan şəxslərin yaradıcılıq uğurları barədə məlumatları əhatə edən 280 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomu hazırlanaraq Azərbaycan və ingilis dillərində nəşr etdirilib. Nazirliyin dəstəyi ilə görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət  “Zülməti dələn işıq” kitabı nəşr olunub. Əlilliyi olan insanların çalışdığı ƏSA Teatrı ilə əməkdaşlıq çərçivəsində bir sıra tamaşalar hazırlanaraq təqdim edilib.

 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

 

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 581 dəfə oxunub




Flag Counter






» 1/3/2021- Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

» 1/3/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər

» 1/3/2021- Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

» 27/2/2021- Əlilliyi olan şəxslər üçün videodərslər və məsləhətlər.

» 27/2/2021- Postmüharibə dövründə 13 minədək şəxs sosial dəstək tədbirləri ilə əhatə olunub

» 26/2/2021- Əlil Təşkilatları İttifaqının (ƏTİ) iclası

» 26/2/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 25/2/2021- Prezident İlham Əliyev Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib

» 25/2/2021- Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev mərasimdə iştirak edib

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 26/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/2/2021- BNA yanında İctimai Şura yaradıldı

» 19/2/2021- Amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunur?

» 18/2/2021- Oriqam»i uşaq və yeniyetmələr ictimai birliyinin layihəsi

» 12/2/2021- DPİ

» 12/2/2021- “Fərqli fərdlərin sosial adaptasiyası” layihəsinin icrasını davam etdirir.

» 11/2/2021- Keçən il 212 min şəxsə elektron qaydada fərdi hesab açılıb

» 11/2/2021- COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib

» 11/2/2021- QARABAĞ AZƏRBAYCANDIR!