XƏBƏRLƏR




- 26/5/2020 Əlilliyi olan qadınların özünəməşğulluğuna dəstək
Press – Reliz /HC
Lənkəran şəhəri. 26 may 2020-ci il
Ölkəmizdə əlilliyi olan şəxslərin iqtisadi asılılığının azaldılması, onların maddi vəziyyətinin yaxşılaşdırılması və özünə inamının artırılması üçün məşğulluqlarının təmin olunması vacib məsələlərdəndir. Bu səbəbdən onların özünəməşğulluğunun təmin olunması Azərbaycan dövlətinin və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin daim diqqət mərkəzindədir və bu sahəyə hərtərəfli dəstək verilir.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) bu məsələnin vacibliyini nəzərə alaraq Lənkəran şəhərində tikiş, şirniyyat bişirmə, gözəllik salonu və kompyuter xidmətləri sahələrində 4 nəfər əlilliyi olan qadına öz kiçik bizneslərini qurmaları və inkişaf etdirmələri üçün avadanlıqlar təqdim etmişdir. Bu dəstək Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan və digər hərəkət məhdudiyyəti olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər” layihəsi çərçivəsində olmuşdur.
Əlil Təşkilatları İttifaqının (ƏTİ)
Mətbuat Xidməti
Bu xəbər 917 dəfə oxunub