XƏBƏRLƏR




- 16/4/2020 Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.
- QHT-könüllülərinə karantin dövründə icazələrin verilməsi
- Dövlətin gördüyü işləri təşviq etmək
- Dezinformasiyalara münasibət bildirilməsi
- Könüllülərin və xidmət göstərənlərin təlimləndirilməsi
- Veteranlara və az miqdarda müavinat alanlara işsizliyə görə təyin olunan 190 manat vəsaitin şamil olunması
- Ərzaq təminatının gücləndirilməsi üçün, xüsusilə kənd yerlərində yaşayan əhaliyə güzəştlərin olunması.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) üzvlərinin onlayn konfransı keçirilmişdir.
Konfransda COVİD-19 pandemiyası ilə əlaqədar vəziyyət, görülən işlər və Əlil Təşkilatları İttifaqının Dövlət qeydiyyatından keçməsinin 15 illiyi müzakirə olunmuşdur.
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli ölkə prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Xanım Əliyevanın apardıqları qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alnmasını qeyd etmişdir.
Cənab Prezidentin “Biz birlikdə güclüyük” çağırışı Respublikada bir şuara çevrilmişdir. Prezident 19 mart 2020-ci il tarixdə müvafiq sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn məsələrin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında sosial müdafiə, məşğulluq sahələri üzrə 4 istiqamət üzrə fəaliyyətlər həyata keçirilir. Bu fəaliyyətləri aidiyyatı dövlət qurumları yerinə yetirir.
Bunun əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də üzərinə böyük məsuliyyət düşür. Nazirliyin gördüyü işlər xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, yüksək keyfiyyətlə həyata keçirilir. Nazir Sahil Babayevin yüksək səriştəsi və bacarığı sayəsində bütün resurslar səfərbər olunaraq üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. 142 Çağrı Mərkəzi, DOST Mərkəzi, müvafiq xidmət sahələri gücləndirilmiş, gərqin iş rejimi şəraitində işləyir, yaşı 65-dən yuxarı vətəndaşlara sosial xidmət, əlilliyi olan şəxslərə sosial dəstək və imtiyazlar sosial müdafiənin mühüm komponentləri kimi təmin olunur. 120 000-dən çox işsiz vətəndaşlarımıza 23 miyon manatdan çox vəsaitin onların hesabına köçürülmüşdür.
Bunlarla yanaşı vətəndaş cəmiyyəti, o cümlədən əlilliyi olan şəxslər və onların təşkilatları müvafiq qaydalara riayət olunması, maarifləndirmə, sosial xidmətlərin göstərilməsi, aztəminatlı ailələrə yardımların verilməsində öz tövhələrini verirlər.
Təəssüflə qeyd olunmuşdur ki, bəzi qüvvələr mövcud vəziyyətdən istifadə edərək birlik, həmrəylik nümayiş etdirmək əvəzinə çirkin məqsədlərini həyata keçirmək üçün destruktiv fəaliyyətlərlə məşğul olurlar. Konfransda Əlil Təşkilatları İttifaqına üzv təşkilatların rəhbərləri çıxışlarında ölkə rəhbərliyi tərəfindən həyata keçirilən fəaliyyətlər müsbət qiymətləndirilmiş və özlərinin həyata keçirtdikləri işlərlə həmrəylik və dəstəyin verilməsini qeyd etdilər.
Bununla yanaşı təşkilat rəhbərlri müvafiq təkliflərini də verdilər.
Konfrans iştirakçıları görülən təqdirəlayiq işlərə görə Respublika Prezidentinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibət bildirməyi və dövlətimizin imicinə hər hansı bir formada ziyan gətirmək istəyən qeyri-sağlam qüvvələrin fəaliyyətlərin pislənməsini qeyd etdilər.
Əlil Təşkilatları İttifaqının yaradılmasının vacibliyi, onun QHT sektorunda rolu, 15 il ərzində həyata keçirilmiş fəaliyyətləri iştirakçılar müsbət qiymətləndirdilər, problemlər, gələcək fəaliyyətlər barədə fikir və təkliflərini bildirdilər.
Bu xəbər 1431 dəfə oxunub