29 Noyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
14/1/2020 BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri müzakirə olunub


 

BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin

hazırlanması məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması üzrə qrup rəhbəri, beynəlxalq məsləhətçi Piter Midlbruk ilə görüş olub.  Görüşdə BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin müşaviri Şəms Mustafayeva da iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən dövrdə BMT-nin İnkişaf Proqramı və Əhali Fondu, BMT-nin Uşaq Fondu, Beynəlxalq Əmək Təşkilatı ilə nazirliyin geniş əməkdaşlıq gündəliyinin formalaşdığını, birgə icra olunan proqram və layihələri, əldə olunan müsbət nəticələri qeyd edib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, Konvensiyaları və Paktlarının  icrası sahəsində ölkəmizin uğurlu təcrübəsini diqqətə çatdırıb. Prezident İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıran S.Babayev ölkəmizdə vətəndaş rifahının təminatı sahəsində atılan mühüm addımlar, həssas qrupların hərtərəfli sosial dəstəklə təmin edilməsi üçün icra olunan proqramlar barədə məlumat verib. Dövlət sosial xidmətlərinin innovativ mexanizmlər üzərində keyfiyyətinin yüksəldilməsi üçün reallaşdırılan islahatları, uğurla reallaşdırılan DOST konsepsiyasını diqqətə çatdırıb.

İslahatların geniş miqyas almasının BMT qurumları ilə əməkdaşlığın da getdikcə genişlənməsinə səbəb olduğunu deyən S.Babayev BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması ilə bağlı nazirlik üçün prioritetləri qeyd edib. Bildirib ki, bu prioritetlər sırasına əhalinin həssas qrupların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə proqramların həyata keçirilməsi, işçi qüvvəsinin sertifikasiyası sisteminin qurulması, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların peşə-əmək bazarına inteqrasiyası və s. daxildir.

P.Midlbruk, Q.İsakzai, A.Frakassetti Azərbaycanda innovasiya və məşğulluğun inkişafı, sosial cəhətdən həssas qrupların hüquqlarının və rifahının təmin olunması, onlar  üçün inklüziv, layiqli iş yerlərinin yaradılması, demoqrafiya, yaşlıların rifahının təşviqi, institusional potensialın artırılması, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi və digər istiqamətlərdə nazirliklə müsbət iş təcrübəsindən bəhs ediblər.

Görüşdə BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanması məsələləri, sənəddə sosial sahə ilə bağlı əksini tapacaq prioritetlər  müzakirə olunub.

 

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

 

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 891 dəfə oxunub




Flag Counter






» 12/11/2021- QHT Agentliyi Müşahidə Şurasının üzvləri maliyyə nazirinə etiraz edib

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 13/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/11/2021- QHT Agentliyi Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN

» 10/11/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.

» 10/11/2021- ÜST Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri ilə görüş olub

» 10/11/2021- Şəhid ailələri və qazilər üçün sosial dəstək proqramları daha da genişlənəcək

» 9/11/2021- "İstedadlı Əlillər" İctimai Birliyinin və "Azərbaycan Beynəlxalq Jurnalının" təşkilatcılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Biz Birlikdə Güclüyük" adlı tədbir kecirildi.

» 8/11/2021- Bakıda Zəfər yürüşü keçirilib

» 7/11/2021- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər VİDEO

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/11/2021- Hamı üçün layiqli iş - Sumqayıt

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/11/2021- “Məşğulluq marafonu” çərçivəsində 1000-dən şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

» 5/11/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 28/10/2021- “Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirdi

» 28/10/2021- İnamla Səyahət: İnklüziv İctimai Nəqliyyat Mühitinin Yaradılması” layihəsi çərçivəsində təlim keçmişdir. BakuBus

» 28/10/2021- MDB-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə üzrə Məşvərət Şurasının 34-cü iclası keçirilir