12 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
04/12/2019 Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu mövzusunda tədbir keçirilib


Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu mövzusunda tədbir keçirilib

 

Ombudsmanın Gəncə Regional Mərkəzinin və Əlil Qadınlar Cəmiyyətinin Gəncə şöbəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində  əlilliyi olan vətəndaşların iştirakı ilə 3 dekabr- Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Əlilliyi olan şəxslərin hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov BMT Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə 3 dekabr tarixinin Beynəlxalq Əlillər Günü elan edildiyini və hər il bu günün dünya ictimaiyyəti tərəfindən, o cümlədən ölkəmizdə də geniş qeyd olunduğunu diqqətə çatdırıb.

O, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən hüquqi islahatların məntiqi nəticəsi olaraq, ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan hüquq və azadlıqlarının təmini sahəsində mühüm əhəmiyyətli qanunvericilik aktları qəbul edildiyini qeyd edib. Təbii ki, bu sırada əlilliyi olan şəxslərin sosial hüquqlarının müdafiəsi mühüm yerlərdən birini tutur. Məhz bunun nəticəsidir ki, bu qəbildən olan insanların hüquq və azadlıqlarının kompleks şəkildə təmin edilməsi, onların sosial rifah halının yaxşılaşdırılması məsələləri daim dövlətin diqqət mərkəzində saxlanılır.

Qeyd edilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır, müvafiq Konstitusiya Qanunu ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində bu qəbildən olan insanların problemlərinin mümkün qədər həll edilməsi, beləliklə, cəmiyyətə inteqrasiya olunmaları məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir, aidiyyəti dövlət qurumları qarşısında bir sıra təkliflər irəli sürülür və icrası istiqamətində tədbirlər görülür.

Bildirilib ki, Müvəkkilin ünvanına daxil olan müraciətlərin və aparılan monitorinqlərin təhlili ölkəmizdə bu qəbildən olan insanların problemlərinin həll edilməsi sahəsində islahatların sürətlənməsinə töhfə verib.

Vurğulanıb ki, ilk növbədə əlilliyi olan insanların cəmiyyətə inteqrasiya­sına mane olan fiziki maneələr aradan qaldırılmalı, onlara digər insanlar kimi təhsil, məşğulluq, səhiyyə, informasiya-kommunikasiya və s. xidmətlərdən bərabər imkanlar əsasında istifadə edə bilmələri üçün zəruri olan bütün şərait yaradılmalı, tibbi, peşə-əmək və sosial reabilitasiya tədbirləri genişləndirilməlidir.

Tədbirdə çıxış edən Əlil Qadınlar Cəmiyyətinin Gəncə şöbəsinin rəhbəri Elmira İsmayılova əlilliyi olan şəxslərin hüquqlarının diqqətdə saxlanılmasına görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib, fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə iştirak edən bəzi əlilliyi olan şəxslərin Müvəkkilə ünvanlanmış müraciətləri Ombudsmanın Gəncə regional mərkəzinin əməkdaşları tərəfindən qəbul edilib. 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1118 dəfə oxunub




Flag Counter






» 9/8/2022- Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 9/8/2022- Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

» 9/8/2022- QARABAĞ möhtəşəm qələbə!

» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb