XƏBƏRLƏR




- 5/11/2019 Hacıqabulda maarifləndirmə tədbiri keçirilib
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
Hacıqabulda maarifləndirmə tədbiri keçirilib
“Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Uşaqlara qarşı Zorakılıqsız Həyat” adlı maarifləndirmə kampaniyasının təşkili layihəsi çərçivəsində Hacıqabul rayonunda maarifləndirmə tədbiri keçirib. Tədbirdə uşaqlar, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə layihənin eksperti Əhməd Mansurov öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Hacıqabul Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
O, uşaq hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, zorakılığın yaratdığı fəsadlar, zorakılığa məruz qalan uşaqların reabilitasiyasının zəruriliyi və digər bu kimi məsələlər barədə ətraflı məlumat verib.
Uşaqların müdafiə, yaşamaq, inkişaf və iştirak hüquqlarına toxunan ekspert dövlətimizdə uşaq müdafiə sistemi haqqında iştirakçıları məlumatlandırıb.
Tədbir zamanı müəllimlər öz fikirlərini bildirib, səmimi müzakirələr aparılıb və uşaqların çoxsaylı sualları cavablandırılıb.
Mətbuat xidməti
Bu xəbər 1143 dəfə oxunub