XƏBƏRLƏR




- 20/6/2019 İsmayıllı rayonunda əlilliyi olan şəxslərə hüquqi yardım.
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Press Reliz
20 iyun 2019
İsmayıllı rayonunda əlilliyi olan şəxslərə hüquqi yardım.
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətini həyata keçirir. Fəaliyyətin əsas istiqaməti İsmayıllı, Quba, Bərdə rayonlarının ucqar kəndlərində əlilliyi olan şəxslərə səyyar hüquqi xidmətlərin göstərilməsindən ibarətdir.
Xidmət çərçivəsində İsmayıllı rayonunun Basqal (ətraf kəndlər daxil olmaqla), Lahıc (ətraf kəndlər daxil olmaqla) 10 kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilmişdir. Əsas məqsəd ehtiyaclarının, əsasən hüquqi yardıma vacib ehtiyac olan sahələri aydınlaşdırmaqdan ibarət olmuşdur.
Qeyd olunan ərazi vahidlərində yaşayan 39 nəfər əlilliyi olan şəxslərlə, onların valideynləri və müvafiq bələdiyyə sədri və üzvləri ilə fokus qruplar təşkil olunmaqla ehtiyaclar öyrənilmişdir.
Digər rayonlarda da vəziyyət analoji üsulla qiymətləndirildikdən sonra hüquqi xidmətlərin təşkili nəzərdə tutulur.
Görüşlərin təşkil olunmasında göstərdikləri dəstəyə görə İsmayıllı rayon İcra Hakimiyyəti, Basqal və Lahıc qəsəbələrinin bələdiyyələri təşəkkürümüzü bildiririk.
Bu xəbər 2210 dəfə oxunub