XƏBƏRLƏR




- 31/5/2019 “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı layihənin təqdimatı
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı layihənin təqdimat tədbiri haqqında
PRESS-RELİZ
31 may 2019-cu il tarixdə Bakı Kitab Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial Müdafiəsi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Əlil Ziyalılar İctimai Birliklərinin birgə icra etdikləri “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı layihənin təqdimat tədbiri keçirilmişdir.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maliyyə dəstəyi ilə həyata keçirilmiş silsilə layihələrdən biridir. NaZirlik tərəfindən görmə imkanların məhdud şəxslər üçün informasiya müyəssərliyinin təmin edilməsi sahəsində artıq 5-ci layihədir ki, Az.GƏC və Əlil Ziyalılar İctimai birlikləri tərəfindən icra edilir.
Tədbirdə layihə çərçivəsində görmə və eşitmə üzrə əlilliyi olan uşaqlar üçün ölkədə ilk dəfə olaraq hazırlanmış “Tiflo-surdo elekton və daktil “ kitablar təqdim edilmişdir.
“Tiflo-surdo elektron və daktil kitab” nədir? –zəifgörən, zəifeşidən, tamamilə görmə və eşitmə məhdudiyyətli olan uşaqlar üçün bir kitabda cəmləşdirilmiş müyəssər, orijinal görüntüyə maksimal dərəcədə yaxın, əlvan rəngli şəkillərlə təmin edilmiş, obrazlarla (insan, təbiət hadisələri və müxtəlif heyvanların səsləri) səsləndirilmiş audio formatla (elektron məlumat daşıyıcılarla) təchiz edilmiş, iri şriftli və Brayl yazı üsulu ilə hazırlanmış kitabdır.
Tədbir layihə çərçivəsində hazırlanmış nağıllardan biri olan “Qoğal” kitabının nümayişi ilə başladı. İki hissədən ibarət olan tədbirin rəsmi hissəsində dəvət olunmuş qonaqlar çıxış etdilər. Bədii hissədə isə gözdən əlil, istedadlı gənclərin maraqlı musiqili çıxışları oldu.
Tədbirdə görmə və eşitmə üzrə əlilliyi olan uşaqlarla yanaşı aidiyyatı dövlət və qeyri hökumət təşkilatları, KİV nümayəndələri, eləcə də ölkənin sosial inkişafı sahəsində aktiv olan cəmiyyət nümayəndələri iştirak etmişdir. Bu isə tədbirin gələcək səmərəsini, əlil və tipik insan cəmiyyətinin birgə diskussiyası ilə əldə ediləcək müsbət nəticəni vəd edir.
Əlaqədar şəxs:
Reyhan Cəfərova 070 231 38 69 012 514 02 54
Bu xəbər 1928 dəfə oxunub