XƏBƏRLƏR




- 29/5/2019 I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezident təqaüdünün təyin olunması üçün sənəd qəbuluna başlanılıb
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezident təqaüdünün təyin olunması üçün sənəd qəbuluna başlanılıb
Sağlamlıq imkanları məhdud uşaqlara qulluğa görə təqaüd üçün
sənəd tələb olunmur
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən, yeni təqaüd növləri kimi, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 2019-cu il aprel ayının 1-dən etibarən aylıq 50 manat məbləğində Prezident təqaüdü təsis edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri tərəfindən həmin təqaüdlərin təyin olunması üçün vətəndaşlardan sənəd qəbuluna başlanılıb.
Müvafiq qaydaya uyğun olaraq, I dərəcə əllilliyi olan şəxslərə qulluq edən şəxs Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə müraciət edir.
Əgər I dərəcə əlilliyi olan şəxsin ailə üzvləri müraciət edirsə, o zaman onların qohumluq əlaqəsini təsdiq edən sənəd və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim edilir. (Ərizə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notarial qaydada təsdiq edilərək təqdim olunmalıdır.)
I dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxs müraciət etdikdə isə patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının (yerli icra hakimiyyətinin qəyyumluq, himayəçilik komissiyası) qərarı və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi tqədim olunmalıdır.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə təqaüd, həmin uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinətinin adına təyin edildiyi şəxslərə ödənilir. Bu zaman heç bir sənəd təqdim edilmir. (Çünki təqaüd təyin edilməsi barədə sənədlər həmin uşağa sosial müavinət təyin edilməsi üçün toplanmış sənədlərin surəti əsasında tərtib edilir)
Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə təyin edilir və ödənilir.
I dərəcə əlilliyi olan şəxsin ərizəsinin forması:
Bu xəbər 2766 dəfə oxunub