XƏBƏRLƏR




- 27/5/2019 Şuranın dəstəyi ilə əlilliyi olan şəxslər üçün sosial-psixoloji xidmətlərin təşkil edilməsinə dair yeni layihənin icrasına start verilib
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
PRESS–RELİZ
Şuranın dəstəyi ilə əlilliyi olan şəxslər üçün sosial-psixoloji xidmətlərin
təşkil edilməsinə dair yeni layihənin icrasına start verilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üzrə 1-ci qrant müsabiqəsinin qaliblərindən biri olan “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək ictimai birliyi “Əlilliyi olan şəxslərə sosial-psixoloji xidmətlərin təşkili” adlı yeni layihənin icrasına start verib.
Birliyin sədri Ramilə Rasimqızının verdiyi məlumata görə, onun rəhbərlik etdiyi layihənin məqsədi əlilliyi olan şəxslər, o cümlədən uşaqlar, gənclər və onların ailələri üçün sosial-psixoloji xidmətlərin təşkil edilməsi, eyni zamanda sosial işçilərin, psixoloqların və pedaqoqların iştirakı ilə bu mövzuda maarifləndirmə tədbirlərinin keçirilməsi yolu ilə həmin qəbildən olan insanların sosial inklüziyasına mane olan sosial-psixoloji maneələrin aradan qaldırılmasına, əlilliyi olmayan həmyaşıdları ilə onlar arasında səmimi ünsiyyət və dostluq münasibətlərinin qurulmasına, ümumi təyinatlı təhsil müəssisələrində heç bir ayrı-seçkiliyə yol verilmədən birgə təhsilə (inklüziv təhsilə) cəlb olunmalarına bərabər imkanlarının yaradılmasına dəstək verməkdən ibarətdir.
Layihənin icra planına əsasən sosial-psixoloji xidmət kabinetinin yaradılması, benefesiarlar ilə fərdi qaydada söhbətlərin aparılması, onların sosial-psixoloji durumlarının qiymətləndirilməsi, hər biri ilə Fərdi İnkişaf Planına uyğun olaraq stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında sosial-psixoloji korreksiya işinin həyata keçirilməsi, bu sahədə zəruri məsləhətlərin verilməsi, habelə benefesiarları, eyni zamanda sosial işçiləri, psixoloqları, pedaqoqları və s. cəlb etməklə hər birində müxtəlif yaş qruplarından olan ən azı 50 nəfərin iştirakı təmin olunmaqla müvafiq maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Sonda layihənin icrası zamanı əldə olunan məlumatlar təhlili ediləcək və benefesiarlar üçün sosial-psixoloji xidmətlərin təşkili işinin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanaraq Şura Katibliyinə və digər aidiyyəti qurumlara təqdim olunacaqdır.
Mətbuat xidməti
Bu xəbər 1768 dəfə oxunub