04 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
25/5/2019 Quba rayonunda insan alveri ilə bağlı maarifləndirilmə tədbiri həyata keçirilib.


 Quba rayonunda insan alveri ilə bağlı maarifləndirilmə tədbiri həyata keçirilib.

Quba rayon Tibb kollecində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi təşkilatçılığı ilə “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsi çərçivəsində insan alveri ilə mübarizə mövzusunda tədbir təşkil edilib.

Tədbiri giriş sözü ilə təşkilatın sədri Mehriban Abdullayeva açaraq həyata keçirilən layihə haqqında tədbir iştirakçılarını məlumatlandırı və insan alveri ilə mübarizə haqqında məlumat verib. Bildirib ki, insan alveri dünyanın ən əsas problemlərindən biridir. Hər il minlərlə insan, əsasən, qadınlar və uşaqlar, ya öz ölkələrində, ya da xaricdə istismar və başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. Gəncləri bu sosial bəladan qorumaq üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan təşkilatın sədri qeyd edib ki, bu problemlə üzləşməməli üçün gənclərlə psixoloji söhbətlər aparılacaq, layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə KİV-lərdə insan alveri ilə bağlı geniş maarifləndirici məlumatlar yayımlanacaq, bugün 1 milyondan artıq istifadəçisi olan facebook sosial şəbəkəsində təşkilatın İnsan alverinə dair yaratdığı və idarə etdiyi qrup vasitəsilə gənclər və yeniyetmələrə müxtəlif informasiyalar çatdırılacaq.

 

Daha sonra tədbirdə iştirak edən Quba rayon İcra Hakiyyətinin nümayəndəsi Aynur Yəhyayeva, Tibb kollecinin direktoru Mikayıl Mirzəliyev, direktor müavini Röya Sultanova, TGT-nin sədri Aynur Nadirli və başqaqları çıxış edərək insan alveri ilə mübarizə mövzusu ilə bağlı fikirlərini bölüşüb və cəmiyyətdə bu cür halların olmasını qəti şəkildə pisləyiblər və bu cür layihələrin həyata keçirilməsinə ehtiyac duyulduğunu bildiriblər, eyni zamanda bu istiqamətdə  maarifləndirici tədbirlər həyata keçirdiyi üçün təşkilatın sədri Mehriban Abdullayevaya öz təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Məlumat üçün qey edək ki, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin həyata keçirdiyi “İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Davud Rəhimli

  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2751 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü