11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
15/5/2019 “IBSA Judo Grand Prix Baku 2019” yarışının yekunları rəqəmlərdə: Azərbaycan medal sayına görə birinci yerdə


“IBSA Judo Grand Prix Baku 2019” yarışının yekunları rəqəmlərdə: Azərbaycan medal sayına görə birinci yerdə

Paytaxtımızda 13-14 may tarixlərində iki gün davam edən “IBSA Judo Grand Prix Baku 2019” yarışları başa çatıb. Yarışda iştirak etmək üçün 35 ölkədən 223 idmançı Azərbaycana gəlib. Onlardan 11 nəfəri beynəlxalq tibbi təsnifatdan kəsildikləri üçün yarışdan kənarlaşdırılıb. 212 nəfər yarışda öz gücünü sınayıb. Onlardan 150 nəfəri kişi, 62 nəfəri isə qadın olub. 

İdmançılardan əlavə yarışlar ilə əlaqədar Bakıya gələn şəxslərin sayı 143 nəfər olub. Onlardan 18-i beynəlxalq dərəcəli hakim, 6-sı beynəlxalq tibbi təsnifatı həyata keçirən həkim, 7 nəfər texniki heyət, 112 nəfər isə idmançılara xidmət göstərən heyət olub. 

Yarışlarda İtaliya Görmə Məhdudiyyətli İdmançıların Paralimpiya İdman Federasiyası nümayəndə heyəti prezident və vitse-prezidentlər səviyyəsində təmsil olunub. 

Beləliklə, yarış ilə əlaqədar paytaxtımıza gələn qonaqların sayı ümumilikdə 400 nəfərə yaxın olub. 

Kişilər -60, -66, -73, -90, -100 və +100 kiloqram çəki dərəcələrində; qadınlar isə -48, -52, -57, -63, -70 və +70 kiloqram çəki dərəcələrində 13 dəst – 52 ədəd medal uğrunda mübarizə aparıblar. 

35 ölkədən yalnız 20 ölkə vətənə medalla dönə bilib. 

Yarışlarda Azərbaycanı 21 idmançı təmsil edib. Onlardan 11 nəfəri kişi, 10 nəfəri isə qadın idmançı olub. 

Azərbaycan paraolimpiyaçıları 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar ki, bunlardan 2 qızıl, 2 gümüş və 2 bürünc qızların payına düşür. Kişi idmançılarımız isə yarışlarda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. 

Medal sayına görə, Azərbaycan 11 medalla birinci, Özbəkistan 8 medalla ikinci, Rusiya isə 5 medalla üçüncü yerə çıxıb. 

Medalların əyarına görə, Özbəkistan birinci (4 qızıl), Azərbaycan ikinci (3 qızıl), Ukrayna isə üçüncü (1 qızıl) yerdə qərarlaşıb.

Davud Rəhimli

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1120 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 9/5/2021- Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Gününü qeyd edir.

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi