XƏBƏRLƏR




- 1/2/2019 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibi formalaşıb
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibi formalaşıb
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq 28 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati binasında Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə keçirilən seçkilərin nəticəsi açıqlanıb.
Belə ki, aşağıda adları qeyd dolunan şəxslər İctimai Şuraya üzv seçiliblər:
1. Ağayev Qorxmaz Siracəddin oğlu-“Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi
2. Eyvazov Taryel Əli oğlu - “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi
3. Nəbiyeva Ziba Vasif qızı - “İnkişafa doğru Qadın Təşəbbüsü” İctimai Birliyi
4. Salayev Rüstəm Əli oğlu - “Psixo-Sosial yardım” İctimai Birliyi
5. Sultanova Yeganə Teymur qızı - “Azərbaycan Diabet Liqası” İctimai Birliyi
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında İctimai Şura 20 gün müddətində ilk iclasını keçirməklə fəaliyyətə başlayacaqdır.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Bu xəbər 1507 dəfə oxunub