XƏBƏRLƏR




- 29/1/2019 Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil”
kitab-albomunun təqdimatı olub
Nəşrdə əl işləri haqqında məlumat dərc olunan gənclərə kitab-albom hədiyyə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub və nəşrdə əl işləri haqqında məlumat dərc olunan gənclərə kitab-albom hədiyyə edilib.
Tədbirdə Fondun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə tanıdılması üçün aparılan işləri diqqətə çatdırıb. O, nazirlik tərəfindən “Əlillik qüsur deyil” kitab-albomunun nəşr etdirilməsinin də bu məqsədə xidmət etdiyini bildirib.
Qeyd olunub ki, 278 səhifəlik kitab-albomda sosial xidmət müəssisələrinin 60-a qədər istedadlı sakini, o cümlədən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin yetirmələrindən 50-dən artıq istedadlı gənc haqqında məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapıb. Boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli insanların, ilk inklüziv teatr olan ƏSA-nın yaradıcı heyətinin əldə etdiyi uğurlara da nəşrdə geniş yer verilib. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab-albomun yaxın zamanda digər dillərdə çap olunması, bu kitab-albom əsasında yaradıcı fiziki məhdudiyyətli insanların elektron reyestrinin, həmin reyestr əsasında əl işlərinin satışı portalının yaradılması da nəzərdə tutulur.
Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli fiziki məhdudiyyətli insanların yaradıcılığının cəmiyyətə tanıdılması üçün aparılan işlərin, o cümlədən “Əlillik qüsur deyil” kitab-albomunun nəşr etdirilməsinin əhəmiyyətindən bəhs ediblər. Nəşrdə barələrində məlumatlar və yaradıcılıq nümunələri təqdim olunan gənclər kitabın nəşr olunmasına görə öz minnətdarlıqlarını bildiriblər. Bu kitab-albomda yaradıcılıqlarını görməkdən böyük mənəvi güc aldıqlarını, dövlətin onlara dayaq olduğuna bir daha əmin olduqlarını vurğulayıblar.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
Bu xəbər 1719 dəfə oxunub