23 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/12/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti il üçün fəaliyyət istiqamətləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimai Şuranın üzvləri ilə görüş keçirilib. Nazir Sahil Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramına uyğun  olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlər haqqında məlumat verib. Nazir bu islahatlar prosesində ictimai iştirakçılığın, vətəndaş cəmiyyətlərinin geniş iştirakının təmin edilməsi üçün müvafiq işlər aparıldığını deyib.

Nazirlik yanında İctimai Şuranın fəaliyyətindən bəhs edən S.Babayev Şurada 14  vətəndaş cəmiyyəti institutunun təmsil olunduğunu qeyd edib. O, əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələri üzrə xidmətlərdə  şəffaflığın, sosial ədalət prinsipinin təmin edilməsinin əsas hədəflərdən olduğunu vurğulayıb.

Nazir bildirib ki, həmin sahələrdə güclü ictimai nəzarətin qurulmasında, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılmasında, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şuranın gördüyü işlər, onların monitorinqləri, rəy və təklifləri xüsusi önəm kəsb edir. S.Babayev Nazirliyin İctimai Şura ilə qarşılıqlı fəaliyyətinin daha səmərəli və sistemli təşkili üçün aparılan işləri qeyd edib.

İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev nazirliyin fəaliyyət sahələrində ictimai nəzarətin təşkiili, monitorinqlərin aparılması, qanunvericilik layihələri ilə Şura üzvlərinin yaxından tanış olması, ictimai dinləmələrin keçirilməsi və s. kimi sahələrdə nazirlik tərəfindən yaradılan şəraitdən razı qaldığını bildirib. O, Şuranın rəy və təkliflərinə daim diqqətlə yanaşıldığını, onların nəzərə alındığını deyib.

Şura üzvləri əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində geniş miqyasda islahatların aparılması və həssas qruplarla bağlı sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı müsbət fikirlərini bildiriblər.

Görüşdə İctimai Şuranın 2018-ci ilin ötən dövründə gördüyü işlər, keçirdiyi monitorinqlər, iclaslar, ictimai dinləmələr barədə məlumat verilib. Şuranın 2019-cu il üçün fəaliyyət planının layihəsi də müzakirə olunub.

 
 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1513 dəfə oxunub




Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi