23 May 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
11/12/2018 Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013 – 2018-ci illər üzrə Hesabat – Seçki konfransı keçirilmişdir.


PRESS-RELİZ

11 dekabr 2018-ci il tarixdə, saat 1100-da Sputnik Mətbuat Mərkəzində Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) 2013 – 2018-ci illər üzrə Hesabat – Seçki konfransı keçirilmişdir.

Tədbir iştirakçıları konfransdan öncə Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın  məzarları ziyarət etmiş və məzar önünə gül- çiçək dəstələri qoymuşlar.   

Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq və respublika səviyyəli  ekspertlər, KİV təmsilçiləri və QHT rəhbərləri iştirak etmişdilər.

Konfransın açılışında Azərbaycan Respublikası Dövlət Himni səslənmiş, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin anım günü və şəhidlərimiz bir dəqiqəlik sükutla hörmət və ehtiramla yad edilmişlər.

MQF İdarə Heyətinin sədr müavini, “Vətəndaşların sosial rifahı naminə” İB-nin sədri İradə Rzazadə konfransı giriş sözü ilə açaraq bildirmişdir ki, son 16 ildə möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivləri artmış, ÜDM-nin həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları artmışdır. Milli iqtisadiyyat perspektivində müəyyən edilmiş aparıcı sektorların dayanıqlı inkişafını təmin edəcək ümumi məsələlər təmin olunmuşdur.

Konfransda 2013  –  2018-ci illər üzrə görülən işlər haqqında ƏQC-nin İdarə Heyətinin sədri Məhluqə Rəhimova tərəfindən məruzə edilərək bildirmişdir ki, “Əlil Qadınlar” Cəmiyyəti əlilliyi olan insanların cəmiyyətə fəal inteqrasiyası istiqamətində fəaliyyət göstərir. Cəmiyyət əsasən əlil qadınların sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi və məşğulluğunun təmin edilməsi sahəsində yüksək səviyyədə ixtisaslaşdığı üçün ötən dövr ərzində yüzlərlə ölkə və beynəlxalq səviyyəli sosial layihələrdə yaxından iştirak etmişdir. ƏQC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən AR Nazirlər Kabinetinin 2012-ci il 25 aprel tarixli 89 nömrəli qərarına uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmət göstərilməsi üçün 24 aprel 2014-cü il tarixdə akkreditasiya olunmuşdur. Eyni zamanda Məhluqə Rəhimovanın ətraflı məruzəsi ilə bərabər slayd və video görüntülərlə ƏQC-nin fəaliyyəti əyani olaraq konfrans iştirakçılarına təqdim olunmuşdur.

Konfransda ƏQC-nin yeni tərkibdə İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçildilər. ƏQC-nin nizamnaməsinə əlavə və dəyişikliklərlə təqdim olunan layihə qəbul olunmuşdur.

Konfransda səs çoxluğu ilə Məhluqə Rəhimova ƏQC-nin sədri seçilmişdir.

Sonda konfrans iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

ƏQC-nin Mətbuat xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2700 dəfə oxunub




Flag Counter






» 21/5/2022- Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 20/5/2022- Daha 40 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb edildi

» 20/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 19/5/2022- Azərbaycan – Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

» 195/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 18/5/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/5/2022- DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib

» 17/5/2022- Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

» 16/5/2022- Öyrən, əylən, peşəni seç! Peşələr festivalı başlayıb

» 15/5/2022- “Küləyə qalib gəl” - Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.

» 14/5/2022- Vətən müharibəsi əlillərinin də iştirakı ilə inklüziv veloyürüş təşkil olunub

» 13/5/2022- Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 May 2022-ci il tarixində Abşeron Rayon “Heydər Əliyev Mərkəzi’’-ndə əlilliyi olan şəxslərin məşğuluğu ilə bağlı tədbir keçirildi.

» 12/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 145/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 10/5/2022- Ümummilli Lider Heydər Əliyev - 99

» 10/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 9/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 8/5/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 7/5/2022- Son nəsil protezlə təmin edilmiş qazilərin futbol yarışı keçirildi