10 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
30/11/2018 Əlilliyi Olan Şəxslərin Sumqayıt məktəblərində təlimləri


Əlilliyi Olan Şəxslərin Sumqayıt məktəblərində təlimləri davam edir.

 

     Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Təhsil Nazirliyinin əməkdaşlığı ilə Sumqayıt şəhər ümumtəhsil və ali təhsil müəssələrində “Sağlam düşüncə Sağlam Cəmiyyətdir” sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimləri davam edir.

     Bu gün ƏSMİD İB-nin növbəti təlimi Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə təşkil olundu. İctimai Birliyinin sədri Səbinə Kərimova iştirakçıları salamlayaraq, təşkilatın yaranması və məqsədləri barədə geniş məlumat verib. Təlimlər Sumqayıt şəhər ümumtəhsil məktəbləri və ali təhsil müəssələrində bir ay davam edəcək. Məqsəd ümumtəhsil məktəbləri və ali təhsil müəssələrində təhsil alan yeniyetmə və gəncləri əlilliyi olan şəxslər barədə məlumatlandırmaq və sağlamlıq imkanları məhdud olan şəxslərlə davranış qaydaları haqqında maarifləndirməkdir. O, bu maarifləndirmə sayəsində biz əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını surətləndirir, yeniyetmə və gənclər arasında könüllülər yetişdirmiş oluruq deyə vurğulayıb.

    Sonra məktəbin  yeddinci sinif şagirdlərinə təşkilatın nəzdində fəaliyyət göstərən  “Gənc Əlillərə Dəstək” mərkəzinin rəhbəri, Bakı-Slavyan Universitetinin məzunu Səfanə Dadaşzadə əlilliyi olan şəxslərlə davranış qaydaları mövzusunda təlim keçdi. Təşkilatın könüllü üzvü Xatirə Əliyeva övladının əlill olması və onunla yanaşı necə təhsilə cəlb olunmasından, təşkilatın üzvü Xəyalə Səfərova  isə əlilliyi ilə bağlı və bunun üzündən yaşadığı çətinliklərdən danışdı.  Sonra 7 nömrəli tam orta məktəbin direktoru  Təranə Haqverdiyeva bu təlimin məktəblilərə müsbət təsir göstərəcəyini və onların əlilliyi olan şəxslərə qarşı davranış qaydalarına düzgün şəkildə yerinə yetirəcəklərini vurğuladı. Təlim müzakirələrlə sona çatdı.

 

   
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1248 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi