10 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
28/11/2018 Şura ictimai dinləmə keçirilib.


Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şuranın yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirilib.
 
QHT.az  xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 450-dən çox QHT və media nümayəndəsinin iştirak etdiyi toplantıda ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə danışaraq deyib: “Bu cür geniş təqdimatın keçirilməsinin əhəmiyyətli səbəbləri var. Bunlardan biri, Şuranın gələn ildən etibarən tətbiq edəcəyi yeniliklərin təqdimatıdır. Belə ki, Şuranın həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə hazırlanan proqramlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı, həmçinin dövlət qurumları tərəfindən göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar imzaladığı fərman və sərəncamları rəhbər tutaraq təqdim edilib. İctimai dinləmənin keçirilməsinin ikinci mühüm şərti QHT-lərin hesabatlıq vəziyyətini müzakirə etməkdir”.
 
Azay Quliyev vurğulayıb ki, ilk dəfə tətbiq olunan bu proqram və elektron xidmətlərin böyük ictimai əhəmiyyəti var. Belə ki, layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi, müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti, QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi, konsultativ dəstək üzrə onlayn xidmət, apelyasiya komissiyasının iclasında onlayn iştirak kimi proqram və elektron xidmətləri ilk dəfə tətbiq olunacaqlar.
 
Onun sözlərinə görə, tətbiq olunan bu elektron xidmət və proqramlar şuranın fəaliyyətində şəffaflığı daha da artırır, qurumla QHT-lər arasında kommunikasiyanı daha rahat və asan edir, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qurumun cari ildə keçirdiyi müsabiqələr çərçivəsində icra olunan layihələrin hesabatlılıq vəziyyətini təhlil edib.
 
O qeyd edib ki, 2018-ci ildə ötən illə müqayisədə xeyli layihə dəstəklənib. 543 layihənin Şura tərəfindən dəstəkləndiyini deyən F.Qurbanov QHT-lərin təqdim etdiyi layihələrin sənədləşməsində müəyyən qüsurların olduğunu da vurğulayıb. Yeni proqramın tətbiqindən sonra haqqında bəhs olunan problemlərin azalacağı proqnozlaşdırılır.
 
Təqdimatdan sonra tədbir iştirakçıları yeniliklərlə bağlı fikir və rəylərini bildirib, QHT təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
 
 
Davud Rəhimli
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1355 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi