10 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
27/11/2018 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaşları qəbul otağı”nda və “142 Çağri Mərkəzi”ndə monitorinq keçirilmiçdir.


 

Press Reliz 08/M

 

Bakı şəhəri                                                                              27 noyabr 2018-ci il

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin

“Vətəndaşları qəbul otağı”nda və “142 Çağri Mərkəzi”ndə monitorinq keçirilmiçdir.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvləri Davud RƏHİMLİ (Əlil Təşkilatları İttifaqının prezidenti (ƏTİ)), Mehdi Mehdiyev ("Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri ), Şəhla Yusifova (Jurnalist Qadınlar Assosiasiyasının vitse prezidenti), Məmmədhəsən Nəsənov (“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri), Mirhəsən Həsənov (Çernobl Əlillər İttifaqı) və Zaur Quliyev (Beyləqan Gənclərinin Maarifləndirilməsi ictimai birliyinin sədri) tərəfindən 27 noyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaşları qəbul otağı”nda və “142 Çağri Mərkəzi”ndə monitorinq keçirilmiçdir.

   “Vətəndaşları qəbul otağı”ında monitorinq prosesində vətəndaşların xidmətdən istifadə qaydaları, məmnunluq səviyyəsi, müraciətlərin intensivliyi və coğrafiyası, qəbul zamanı yaradılan texniki nəzarət şəraiti kimi hallar araşdırılmışdır. Müraciətlər əsasən mənzil təminatı, əlilliyin alınması, məşğulluq, sığorta pullarının alınması istiqamətləri üzrə olmuşdur. Bəzi müraciət edən vətəndaşlara İctimai şura üzvləri tərəfindən konsultativ məsləhətlər verilmişdir. Aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün yekun hesabatda Nazirliyə təkliflər veriləcəkdir.

         İkinci yer isə Nazirlik nəzdində olan “142 Çağri Mərkəzi” olmuşdur. Mərkəzdə 20 nəfər operator gün ərzində 650-700 (ay ərzində 12 500) müraciətə cavab verirlər. Müraciət edən vətəndaşlar avtomatik qeydiyyata alınır və monitorda qeyd olunur. İşçilərin məmnunluq səviyyəsi müsbətdir. Çağrı Mərkəzi texniki, insan və material resurslarla təmin olunmuşdur. Qeyd edək ki, vətəndaşlar tərəfindən şikayətlərdə əsasən zəng etmə prosedurunun çətin olması göstərilir. Bu,  operatorların sayının az olması ilə əlaqəndirilir.

     Məlumat verildi ki, bu xidmət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin - DOST Agentliyinə veriləcəkdir.

    Şura üzvləri tərəfindən müraciətlərin ərazi, yaş, forma və səbəblər kimi kvalifikasiyalaşdırılması təkliflər verildi.

Əlavə qeyd:

  1. Nazirlik əlilliyi olan şəxslər üzün qismən müyəssərləşdirilmişdir. Ancaq Nazirliyin həyətində avtomobillərin duracaq yerində ərazisində “əlillik” işarəsi olan yerdə xidməti avtomobil park olunmuşdu.
  2. Qəbul otağının qarşısındakı küçənin kənarında ancaq əlilliyi olan şəxslərə avtomobil saxlanmasına icazə verən nişan olmasına baxmayaraq, əlilliyi olmayan şəxslər avtomobillərini park etdikləri üçün əlilliyi olan şəxslərin qəbula gəlməsi çətinləşir.

(Yəqin DAM və ya digər əlaqədar qurumlar bunu nəzərə alarlar)

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1537 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi