11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/11/2018 5-ci "Seni Cup" turniri keçirilmişdir.


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, Azərbaycan Boccia Federasiyasının təşkilatçılığı və “Seni” firmasının dəstəyi ilə boccia idman növü üzrə 5-ci "Seni Cup" turniri keçirilmişdir.

Gazette-nin məlumatına görə, 22 noyabr 2018-ci il tarixində Abşeron Olimpiya İdman kompleksində keçirilmiş turnirin final mərhələsində respublikanın müxtəlif regionlarından 60-dan çox idmançı iştirak etmişdir. 

Tədbirdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Mərkəzi Asia və Qafqaz üzrə “Seni” şirkətinin koordinatoru Mixail Kopaç yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulamışdır. Həmçinin Gənclər və İdman nazirliyinin şöbə müdiri, olimpiya çempionu Fərid Mansurov, iki qat paralimpiya çempionu İlham Zəkiyev, “Həyat” fondun prezidenti Haci Nuran və Abşeron rayonu İcra hakimiyyətinin rəhbərliyi də tədbirdə iştirak etmişlər.

Sonda final yarışları keçirilmiş və qaliblərə Milli Paralimpiya Komitəsinin diplomları, medal və kuboklar təqdim edilmişdir.

Yarışda Ukraynanın boccia idman növü üzrə idman ustası Artyom Kolinko da idmançılara dəstək olaraq yarışlara qoşulmuşdur. 

Qaliblərin mükafalandırılmasından sonra amputant futbolu idman növü üzrə Abşeron rayonu və Sumqayıt şəhərinin komandaları arasında yoldaşlıq görüşü keçirilmiş və Milli Paralimpiya Komitəsinin prezidenti qalib komandaya kubok təqdim etmişdir.

Qeyd edək ki, boccia fiziki imkanları məhdud idmançıların məşğul olduğu Paralimpiya idman növüdür. Bu idman növünün təbliğ olunması məqsədi ilə 2013-cü ildən etibarən hər il boccia idman növü üzrə “Seni Cup” turniri təşkil olunur.

Boccia idman növü Milli Paralimpiya Komitəsi tərəfindən 5 ildir ki, ölkəmizdə təbliğ olunur və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Hazırda 5 kateqoriya üzrə 17 regiondan 100 dən çox fiziki məhdudiyyətli şəxs boccia ilə məşğul olur və bu idman növü ilə məşğul olmaq istəyənlərin sayı getdikcə artmaqdadır. 

Bunu nəzərə alaraq, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin mart ayında Azərbaycan Boccia Federasiyası yaradılmışdır, Vüqar Əsgərov Federasiyanın vitse prezidenti, İlham Məhərrəmov Baş katibi seçilmişdir.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1366 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi