11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
19/11/2018 Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq


16 noyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvləri Davud RƏHİMLİ (Əlil Təşkilatları İttifaqı (ƏTİ)) və Məmmədhəsən Nəsənov (“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi) tərəfindən Xaçmaz Əlillərin Bərpa Mərkəzində monitorinq keçirilmiçdir. Monitorinq zamanı mərkəzin fiziki infrastrukturunun əlçatanlığı, əlilliyi olan şəxslərin qəbul prosedurları, personalın formalaşması, imkanları,  yerlərin sayı, qalma vəziyyəti, bərpa-müalicə qaydaları, göstərilən xidmətlər, avadanlıq və reabilitasiya vasitələri ilə təminat, qidalanma, asudə vaxtın təşkili, sakinlərin məmnunluq dərəcəsi halları nəzərdən keçirilmişdir.

     Mərkəz Xaçmaz və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində üçün 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuşdur. 15 çarpayılıqdır.

    Monitoriq zamanı müsbət hallarla yanaşı, müxtəlif sahələr üzrə çatışmazlıqlar, o cümlədən obyektiv və subyektiv səbəblərdən yaranan hallar aşkarlanaraq müəyyən olundu. Respublika Əlillərin Bərpa Mərkəzində aparılmış monitorinq zamanı qeyd olunmuşdu ki, regionlarda bərpa mərkəzlərinin olmasına baxmayaraq, müraciətlər əsasən Bakıda olan mərkəzə olunur.

Qeyd edək ki, Mərkəz keyfiyyətli avadanlıqlarla təchiz olunmuş yeni binada yerləşir. Lakin bununla yanaşı həlli vacib və çox maliyyə tələb etməyən problemlər də vardır.  

Aparılan monitorinqin bir məqsədi də bunu araşdırmaq idi. Bütün hallar nəzərə alınaraq yekun hesabat hazırlanaraq aidiyyatı üzrə təqdim olunacaqdır.

      Monitorinqin keçirilməsinə şərait yaratdıqlarına və diqqətə görə  Mərkəzin baş həkim əvəzi Elxan müəllimə və bütün işçi heyətinə, mərkəzin kollektivinə minnətdarlığımızı bildirirk. 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2216 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi