24 Mart 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/10/2018 “Əlilliyi olan şəxslərin əmək bazarında rəqabətə davamlı sahibkar kimi inkişafına yardımı üçün seminarların keçirilməsi”


Azərbaycan Respublikası Prezidenti yanında QHT- na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi tərəfindən icra edilən  layihə haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 2-ci qrant müsabiqəsində “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin qalib olmuş “Əlilliyi olan şəxslərin əmək bazarında rəqabətə davamlı sahibkar kimi inkişafına yardımı üçün seminarların keçirilməsi” adlı layihənin icrasına iyul ayından start vermiş və sentyabr – oktyabr aylarında layihənin icra planına uyğun olaraq silsilə seminarlar keçirilməkdədir.

Sözü gedən layihənin növbəti seminarı Sumqayıt şəhərində təşkil olunmuş və 50 nəfərdən çox əlilliyi olan şəxsin əmək bazarında rəqabətə davamlı sahibkar kimi fəaliyyətinin müxtəlif ekspertlər tərəfindən maarifləndirilmişdir.

Layihənin son tədbiri oktyabrın 20 – nə kimi Sumqayıt şəhərində fəaliyyət göstərən bir sahibkarın müəssisəsinə ekskursiya tədbiri ilə yekunlaşacaq.

Onu da qeyd edək ki, layihə çərçivəsində təşkilatın cəlb etdiyi ekspertlərdən başqa Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin mütəxəssisləri də seminarda sahibkarları maraqlandıran mövzularda çıxışlar etmiş və seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırmışlar.

Sonda onu xatırladaq ki, layihənin məqsədi, əlilliyi olan şəxslərə müasir əmək bazarında rəqabətə davamlı müasir təcrübənin mənimsəmələrində və sahibkar kimi inkişaf edərək formalaşmalarında, həmçinin onlara işsizlik probleminin qismən həllinə maarifləndirici tədbirlərin (seminarların) təşkili yolu ilə nail olmasından ibarətdir.

Cari layihəni “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi uğurla icra edir və bu təşkilat 2014-cü ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı andan etibarən ölkəmizin əksər bölgələrində fəaliyyətini qura bilmişdir. İxtisaslaşmış təşkilat kimi əsas fəaliyyət istiqaməti sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, reabilitasiyası, məşğulluq qabiliyyətlərinin qarşılanması və əmək bazarında sərbəst fəaliyyəti üçün vacib olan maarifləndirilmə, hüquqi dəstək, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinə təşviq edilməsi aiddir.

Təşkilat, birbaşa əlillərin işsizlik probleminin həlli yolunda əsas addım kimi sahibkarlıq fəaliyyətinin təbliğini və bu sahədə olan problemlərin qarşısının alınması üçün maarifləndirməni özünün strateji hədəfi kimi seçmişdir.

Adı gedən layihə çərçivəsində seminar tədbirlərdə ƏƏSMN – nin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru cənab Bədəlov Elxan Həsən oğlu və onun başçılıq etdiyi mütəxəssis nümayəndələri Nəzərov Etibar Balabəy oğlu, Əliyev Yəhya Xamməd oğlu və Azərbaycan İqtisadiyyat Nazirliyinin nümayəndəsi Namazov Mehti Kamil oğlu aktiv iştirak etmişlər. Eynilə, Vətəndaş Cəmiyyətinin nümayəndələri, “ƏSMİD” sədri Kərimova Səbinə Aqil qızı, RSİİM – nin sədri Məhərrəmova Elnarə Aşir qızı, Azərbaycan GƏC Sumqayıt şəhər Təşkilatı sədri Məsimova Tamam Camal qızı və “Ülvi” ADİB sədri Ağanənə Seyidqızı iştirak etmişlər.

“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin mətbuat xidməti.  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1954 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 07/3/2023- Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

» 8/3/2023- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.

» 8/3/2023- USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib

» 8/3/2023- Avropa İttifaqının səfiri: Qadın böyük qüvvədir

» 7/3/2023- Təbrik edirik!

» 6/3/2023- Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

» 3/3/2023- QHT Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edir

» 1/3/2023- Füzuli Mərkəzi Parkında inklüzivliyin təmin olunması müzakirə olunub

» 28/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/02/2023- UNDP Azərbaycan

» 25/2/2023- Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar şəhid Murad Məmmədovun əl işlərindən ibarət sərgi keçirilib

» 25/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 23/2/2023- Dünya Bankının insan inkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub

» 23/2/2023- Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

» 22/2/2023- Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

» 22/2/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 21/2/2023- “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi keçirilib

» 21/2/2023- “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib

» 20/2/2023- Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib

» 17/2/2023- Agentlik Kiçik Qrant məbləğində dəyişiklik etdi