05 Dekabr 2023-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/8/2018 Abşeron İƏRM-in fəaliyyəti davam edəcək


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstedadlı Əlillər” İctimai Birliyinin Abşeron rayonunda həyata keçirtdiyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili”  adlı  layihəsinin  müddəti müqaviləyə əsasən cari ilin avqust ayının 16-da  bitməsinə baxmayaraq, mərkəz öz  fəaliyyətini davam etdirəcək.  Bu layihə çərçivəsində dörd ay ərzində 18 yaşadək  otuzdan çox  sağlamlıq imkanları məhdud uşaqlara və yüz nəfərdən artıq Abşeron rayon sakinlərinə  sosial-psixoloji reabilitasiya, abilitasiya, sosial iş, ailəyə dəstək və ailələrin maarifləndirilməsi xidmətləri göstərilib. Layihəyə əsasən göstərdiyimiz  xidmət ümumi olaraq uşaqların və valideyinlərin ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edib.

  1. Sosial iş,
  2. Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya),
  3. Sosial-psixoloji dəstək,
  4. Sosiallaşma və ünsiyyət,
  5. Koqnitiv bacarıqlar və təhsil,
  6. Nitq problemləri,
  7. Hərəkət problemləri (fiziki inkişaf).

Layihənin birinci ayında Abşeron rayonunda fəaliyyət göstərən aidiyatı dövlət qurumları ilə səmərəli əməkdaşlıq şəraitində rayon ərazisində yaşayan sağlamlıq imkanları məhdud uşaqlar və sosial xidmətə ehtiyacı olan valideyinlər müəyyən edildi. Xidmətlərimiz valideyinlərə izah edildi və onların qarşılaşdığı problemlər dinlənildi. Mərkəz lazım olan avadanlıqlarla təhciz edildi. Fərdi yanaşma üsulu ilə valideyinlərin və sağlamlq imkanları məhdud uşaqların üzləşdilkləri çətinliklərlə əlaqəli işlər aparıldı. Mərkəzə müraciət edən valideyinlərin əksəriyyəti dövlətin həyata keçirdiyi sosial proqramlardan və sosial xidmətdən məlumatsız olduğu səbəbindən və bu  xidmətlərə  çıxışları məhdud olduğuna görə  valideyinlər arasında marifləndirmə işləri aparılıdı, bukletlər çap olunub paylandı, hüquqları və imtiyazları özlərinə izah edildi, onların sosial yardım almalarına, özünə məşğulluq proqramlarından yararlanmalarına, əlil arabalarının və digər ortopedik vasitələrin almalarına, peşə reabilitasiyasiyasi mərkəzlərinə, o cümlədən tibbi-reabilitasiya mərkəzlrinə yerləşdirilməsinə və üzləşdikləri digər məsələlərin həllində layihənin işci qrupu və layihəyə cəlb olunmuş könüllü hüquqşünaslar tərəfindən lazımı dəstək göstərildi. Bu layihənin əhəmiyyətli olmasını nəzərə alaraq  icma əsaslı sosial reabilitasiya mərkəzinin fəaliyyəti bundan sonrada təşkilatımızın daxili imkanları hesabına eyni qaydada vətəndaşlarımıza xidmət edəcək.

       

 İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2129 dəfə oxunub




Flag Counter






» 3/12/2023- “Əlilliyi olan şəxslərlə birlikdə və əlilliyi olan şəxslər tərəfindən DİM-ləri xilas etmək və onlara nail olmaq üçün fəaliyyətdə birləşək”

» 30/11/2023- Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

» 1/12/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/30/2023- Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

» 28/11/2023- Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

» 21/11/2023- Sosial tərəfdaş

» 21/11/2023- Əlilliyi olan şəxslərə bu ilin 10 ayı ərzində 71,2 min reabilitasiya vasitəsi verilib

» 13/11/2023- Beynəlxalq gözdən əlillər günü ilə əlaqədar tədbir

» 13/11/2023- Dünya Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

» 12/11/2023- 12 Noyabr Konstitusiya Günüdür!

» 9/11/2023- Azərbaycan QHT-ləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə müraciət ediblər.

» 28/ 10/2023- BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

» 24/10/2023- 3-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu müzakirə olunub

» 1/11/2023- Əlilliyi olan şəxslər üçün maliyyə savadlılığı üzrə seminar keçirilmişdir

» 10/10/2023- QHT Agentliyi 2024-cü il üzrə qrant müsabiqələrini ELAN EDİR

» 5/10/2023- Reabilitasiya xidmətləri göstərilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə görüş olub

» 4/10/2023- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi müsabiqələr keçirir

» 3/10/2023- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/10/2023- Bakı Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib.

» 30/9/2023- Müharibədə əlil olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü