11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
24/7/2018 Lənkəran şəhərində günərzi qayğı mərkəzinə baxış olub


Lənkəran şəhərində fəaliyyət göstərən günərzi qayğı mərkəzinə baxış olub

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Lənkəran şəhərində fəaliyyət göstərən günərzi qayğı mərkəzinə baxış keçirib.

Mərkəz  “Gələcəyə Qayğı” Regionların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzlərinin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində yaradılıb.

Mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan 30-dan çox uşağa gündəlik olaraq və gün ərzində yarımstasionar formada  xidmətlər göstərilir. Uşaqlar maraq və qabiliyyətləri nəzərə alınaraq bacarıqlarının artırılması üçün müxtəlif dərnəklərə cəlb edilir, onların inkişafı, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların özünəxidmət bacarıqlarına malik olmaları, cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır.

S.Babayev mərkəzdə yaradılmış şəraiti, göstərilən günərzi qayğı xidmətlərini nəzərdən keçirib. Nazir sosial xidmət layihələrinin icrasında mütərəqqi dünya təcrübəsində mövcud olan səmərəli sosial xidmət metodlarının tətbiqi, bu sahədə reabilitasiya istiqamətinin üstün tutulması, əməkdaşların peşəkarlığının artırılması və s. barədə tapşırıqlarını verib.

Mərkəz tərəfindən azyaşlıların vaxtının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintiləri təşkil olunur.

Hazırda ƏƏSMN-nin sifarişi əsasında ixtisaslaşmış QHT-lər tərəfindən 4 minədək uşağa reabilitasiya yönümlü sosial xidmətlər, o cümlədən müvafiq layihələr üzrə 13 rayondakı günərzi qayğı mərkəzləri tərəfindən 400 nəfərədək uşağa günərzi qayğı xidmətləri göstərilir.  

Davud Rəhimli



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1465 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi