16 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/6/2018 “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” - Abşeron 5


Şuranın dəstəyi ilə inklüziv təhsillə bağlı növbəti tədbir

Xırdalan şəhər 5 saylı tam orta məktəbdə baş tutub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnklüziv cəmiyyət naminə - inklüziv təhsil” şüarı ilə ictimai maarifləndirmə kampaniyalarının təşkili” layihəsinin icrasını uğurla davam etdirən “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı ictimai birliyinin həmin layihə çərçivəsində növbəti ictimai maarifləndirmə tədbiri Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbdə baş tutub.

Əvvəlcə məktəbin direktoru Şahin Yusifov giriş nitqi ilə çıxış edərək tədbiri açıq elan edib və ümumtəhsil müəssisələrində inklüziv təhsilin təbliğinə həsr edilmiş bu kimi mühüm əhəmiyyətə malik tədbirlərin keçirilməsinin nəticə etibarı ilə müsbət dəyişikliklərə səbəb olcağını vurğulayıb.

İctimai birliyin sədri Şükufə Məmmədova da öz növbəsində tədbir iştirakçılarını salamlayıb,  layihənin əsas məqsədi barədə ətraflı məlumat verib, həmçinin sosial statusundan və digər əlamətlərindən asılı olmayaraq uşaqların ümumi təyinatlı təhsil müəssisələrində heç bir ayrı-seçkiliyə məruz qalmadan həmyaşıdları ilə birgə təhsilə cəlb olunmasını nəzərdə tutan inklüziv təhsilin təşviq edilməsinə xidmət edən layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirinin təşkili üçün yaradılan şəraitə görə isə yerli icra hakimiyyətinə, təhsil şöbəsinə və məktəb rəhbərliyinə bir daha təşəkkür etdiyini söyləyib.

Layihəyə ekspert qismində cəlb olunmuş sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı və təlimçi Gülnar Vəliyeva inklüziv təhsilin mahiyyəti, məqsəd və vəzifələri, əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edən və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edən BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının, habelə ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın müvafiq müddəaları barədə maraqlı məruzə və təqdimatlarla çıxış ediblər. 

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, inklüziv təhsil cox geniş bir anlayış olsa da, ölkəmizdə inklüziv təhsil dedikdə yalnız xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərində digər uşaqlarla birgə təhsil alması mənasında başa düşülür. Amma əslində inklüziv təhsil (fr. inclusif – “özünə daxil edən”, lat. Include - “daxil edirəm”) - uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsi deməkdir. Yəni, əsas məqsədi heç bir fərq qoyulmadan hər bir uşağın təhsil ehtiyaclarını ödəmək, onların tam və bərabər hüquqlu şəxsiyyət kimi inkişaf etmələrinə kömək etməkdən ibarət olan inklüziv təhsilin tətbiqi zamanı əlilliyi olan uşaqlar dərs prosesinə digər həmyaşıdları ilə birgə qoşulur və təbii ki, belə olan halda, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissinin inkişafına da münbit zəmin yaranır.

Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu arasında imzalanmış “2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq, 3 tədris ilidir ki, davam etdirilən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 138, 220, 202 və 255 nömrəli ümumi təhsil məktəblərində bu qəbildən olan cəmi 40 nəfər uşağın inklüziv təhsil cəlb olunduğu bildirilmiş və gələcəkdə bu layihənin genişləndirilərək ölkənin bütün məktəblərini əhatə etməsinin artıq sosial sifariş olduğu diqqətə çatdırılmışdır.  Davud Rəhimli

Tədbirdə əlilliyi olan şəxslərin inklüziv təhsilə cəlb olunması sahəsində mövcud maneələr və onların  aradan qaldırılması yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

 Mətbuat xidməti

  
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1623 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 9/5/2021- Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Gününü qeyd edir.

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi