16 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
20/6/2018 Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı


İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman tərəfindən silsilə tədbirlər təşkil edilib

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 18 may - 18 iyun tarixlərində keçirilən İnsan Hüquqları Aylığı çərçivəsində Bakı və regionlarda silsilə tədbirlər təşkil olunur.

Bu sırada Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Quba Regional Mərkəzləri tərəfindən əhatə etdikləri bir sıra şəhər və rayonların Heydər Əliyev Mərkəzində, ali təhsil müəssisələrinin filiallarında, Tibb məktəbində, Mərkəzi kitabxanalarda gənclərlə, ümumtəhsil məktəblərində, gimnaziyalarda, Kolleclərdə, dövlət uşaq müəssisələrində uşaqlarla, kəndlərdə icmalarla görüşərək, silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir. Eyni zamanda Quba ASAN xidmətində Ombudsman təsisatı tərəfindən hazırlanmış hüquqi nəşrlərdən və insan hüquqlarına aid ədəbiyyatdan ibarət olan, 18 iyun tarixədək davam edəcək kitab sərgisi təşkil olunub.

Həmin silsilə tədbirlərdə dövlət qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının, QHT-lərin nümayəndələri, çoxsaylı fəal gənclər,  müəllim və şagirdlər, geniş ictimaiyyət iştirak ediblər.

Regional mərkəzlərin rəhbərləri çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq, ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə, hər il olduğu kimi, bu il də Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları Aylığı elan olunub.

Vurğulanıb ki, dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan bəndləri  əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.

 Ombudsmanın regional mərkəzlərin rəhbərləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti, əsas insan hüquq və azadlıqlarını özündə ehtiva etməsi, 1966-cı ildə qəbul olunmuş Mülki və Siyasi Hüquqlar haqqında, habelə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq paktlar, BMT-nin digər mühüm sənədləri, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası barədə ətraflı məlumat veriblər.

İnsan hüquqları sahəsində ölkəmizdə atılan mühüm addımlar, Ümummilli lider Heydər Əliyevin bu sahəyə verdiyi önəm və aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, respublikamızda insan hüquq və azadlıqlarının qorunmasının əsası Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan müddəalarla qoyulmuşdur.

Ombudsmanın insan hüquqlarının təmini və müdafiəsində rolu, çoxşaxəli fəaliyyəti, bu sahədə dövlət qurumları, QHT və KİV-lər, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı, hüquqi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib.

Habelə 2009-2010-cu tədris ilindən başlayaraq Müvəkkilin təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta ümumtəhsil məktəblərində uşaq hüquqları üzrə pilləli tədris proqramının uğurla həyata keçirildiyi, adı çəkilən Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsinin də nəzərdə tutulduğu qeyd edilib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılıb. Tədbirlərin yekununda iştirakçılar İnsan Hüquqları Aylığı çərçivəsində təşkil olunan belə tədbirlərə görə Ombudsmana  təşəkkürlərini ifadə ediblər.

Qeyd olunmalıdır ki, 20-21 iyun 2018-ci il tarixlərdə İnsan Hüquqları Aylığına yekun vurularaq, E.Süleymanova tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə bağlı “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı təşkil ediləcək. Tədbirə xarici ölkələrin ombudsmanları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNESCO və digər beynəlxalq təşkilatların ölkəmizdə təmsil olunan nümayəndələri, habelə Milli Məclisin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri qatılacaq.

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1360 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 9/5/2021- Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Gününü qeyd edir.

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi