10 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
13/6/2018 “Sağlam həyat naminə” devizi ilə maarifləndirmə


Şuranın dəstəyi ilə Hacıqabul rayonunda maarifləndirmə

tədbiri keçirilib

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sağlam həyat naminə” devizi ilə maarifləndirmə aksiyalarının keçirilməsi” adlı layihə çərçivəsində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində şagirdlərin, müəllimlərin və valideynlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirib.

Təşkilatın eksperti Asəf Kərimov tədbirdə çıxış edərək belə bir aktual məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Hacıqabul Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib və layihənin məqsədi barədə ətraflı məlumat verib. O, qeyd edib ki, regionlarda yaşayan uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, pis vərdişlər, narkomaniya, alkoqolizm, vərəm, hepatit virusları, İİV/QİÇS,  cinsi yolla yoluxan xəstəliklər və digər bu kimi xəstəliklər və onların fəsadları, habelə tütünçəkməyə meylliliyin insanın sağlamlığına təsiri ilə bağlı təhsil müəssisələrində maarifləndirmə tədbirləri təşkil etməklə Azərbaycan cəmiyyəti üçün böyük aktuallıq kəsb edən problemin həllinə dəstək vermək layihənin əsas məqsədini təşkil edir.

Diqqətə çatdırılıb ki, bu gün uşaq və gənclərin hüquq və azadlıqlarının müdafiəsi, gələcək inkişafının təmini sahəsində dövlət tərəfindən müəyyən edilən əsas vəzifələrdən biri uşaq və gənclərin sağlamlığının qorunması, onların pis vərdişlərdən uzaq olaraq idmana, sağlam həyat tərzinə meyllərinin artırılmasından ibarətdir. Təbii ki, bu işdə vətəndaş cəmiyyəti institutları da davamlı fəaliyyət göstərməlidirlər.  Şagirdlərə sağlam həyat tərzinə yiyələnməyin üsulları, yoluxucu xəstəliklər və onların fəsadları barədə geniş məlumat verilib.

Ekspertin öz çıxışında pis vərdişlərin (narktikdən istifadə,  spirtli içkilərin qəbulu, siqaret çəkmək və. s), habelə infeksion xəstəliklərin (vərəm, hepatit virusları, İİV/QİÇS,  cinsi yolla yoluxan xəstəliklər və s.) törətdiyi fəsadlar, bu sahədə aparılan müayinə və müalicə tədbirləri,  cinsi yolla yoluxan xəstəliklərdən əziyyət çəkən insanların hüquqları və onların müdafiəsi  yolları haqqında verdiyi ətraflı məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb

Tədbirdə sağlam həyat tərzi üçün şərait və imkanların yaradılması, əhalinin öz sağlamlığı üçün məsuliyyətinin və marağının artırılmasından ötrü maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi vacibliyi vurğulanıb

Uşaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği məsələləri ilə bağlı geniş müzakirələr aparılıb, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üzrə bir sıra təkliflər irəli sürülmüşdür.

Artıq layihə çərçivəsində Qusar, Siyəzən rayonlarında və Şirvan şəhərində bu cür maarifləndirmə tədbirləri uğurla keçirilmişdir.

 

  Mətbuat xidməti  



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1365 dəfə oxunub




Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi