23 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail

XƏBƏRLƏR

11px13px15px17px
8/6/2018 Xalq Cümhuriyyətinin 110 illiyinə həsr olunmuş Uşaq Paralimpiya İdman Festivalı

İyunun 7-də “BP Azərbaycan” şirkətinin dəstəyi və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Göygöl şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 110 illiyinə həsr olunmuş Uşaq Paralimpiya İdman Festivalına start verilib.

Göygöl Olimpiya İdman Kompleksində keçirilən təntənəli açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Arif Seyidov, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Azercell Telekom” MMC-nin nümayəndəsi Sahilə İbrahimova, paralimpiya çempionları və idmansevərlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivala Gürcüstandan və respublikamızın Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərlərindən, Şəmkir, Şəki, Şamaxı, Ağdaş, Ucar və Ağstafa rayonlarından sağlamlıq imkanları məhdud 110 uşaq qoşulub.

Əvvəlcə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Tədbiri açan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov son illər respublikamızda idmanın bütün sahələrində olduğu kimi, paralimpiya sahəsində də beynəlxalq səviyyədə uğurlar qazanıldığını diqqətə çatdırıb.

Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsinin beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə yaradıldığını qeyd edən İlqar Rəhimov deyib ki, komitənin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdir.

Respublika üzrə Uşaq Paralimpiya İdman Oyunlarının 2015-ci ildən başlayaraq hər il keçirildiyini xatırladan İlqar Rəhimov bildirib ki, bu festivalda idmançılar cüdo, üzgüçülük, boccia, qolbol, stolüstü tennis, taekvondo, əlil arabasında idman rəqsi və pauerliftinq paralimpiya idman növləri üzrə mübarizə aparacaqlar.

“BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin həyata keçirdiyi sosial layihələrdən danışıb. O, şirkətin bu cür festivala dəstək verdiyinə görə qürur duyduğunu deyib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bu cür festivalların idman yarışından daha çox dostluq bayramı olduğunu vurğulayıb.

Sonra idmançıların paradı keçirilib və bütün idman növləri üzrə final yarışlarına start verilib.

Sonda festivalın qaliblərinə “BP Azərbaycan” şirkəti və Milli Paralimpiya Komitəsi tərəfindən medal və kuboklar təqdim olunub, çempionlara isə “Azercell Telekom” MMC tərəfindən mükafatlar verilib.

Davud Rəhimli

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1486 dəfə oxunub

Flag Counter

» 23/9/2021- Vətən müharibəsində yaralanmış 2000 nəfərədək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

» 22/9/2021- Vətən müharibəsində yaralanmış 2000 nəfərədək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

» 22/9/2021- Reabilitasiya vasitələri ilə təminat sistemi gücləndirilərək, əhatə dairəsi genişləndirilir

» 22/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə, təqdim etdikləri vakansiya sayı 2518-ə çatdı

» 20/9/2021- Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib

» 20/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib

» 17/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- Agentlik 500-dək QHT ilə onlayn görüş keçirəcək

» 17/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 17/9/2021- Bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edildi

» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2021- Azərbaycanda 2020-ci il üzrə QHT Dayanıqlıq İndeksi açıqlanıb .

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu