23 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
2/6/2018 Qəhrəman döyüşçülər və şəhidlərin ictimaiyyət arasında təbliği


“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Qəhrəman döyüşçülər və şəhidlərin ictimaiyyət arasında təbliği” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Layihə çərçivəsində 25 və 26 may 2018-ci il tarixlərində Qusar rayonunda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulması məqsədilə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Əmiraslan Xəlil oğlu Xeyirbəyovun 25 may 2018-ci il tarixində Qusar  rayonu Cağarqışlaq kənd tam orta məktəbində və Bəhruz Əzbər oğlu Ağaverdiyevin 26 may 2018-ci il tarixində Qusar rayonu Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbində anım mərasimləri məktəblilər arasında həyata keçirilmişdir.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin nümayəndəsi Emil Hacızadə, QMƏVŞAİİB-nin sədri Canəli Səbiyulla, Qusar  rayonu Cağarqışlaq kənd tam orta məktəbin direktoru Elburus Məhsimov, Qusar rayonu Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbin direktoru Arif Xəlilov, şəhid Əmiraslan Xeyirbəyovun ailə üzvləri, şəhid Bəhruz Ağaverdiyevin ailə üzvləri, məktəblərin müəllim və şağird kollektivi iştirak etdilər.

Tədbirdən öncə Qarabağ qaziləri məktəblilərlə Milli Qəhrəman Çinğiz Qurbanovun, şəhid Əmiraslan Xeyirbəyovun və şəhid Bəhruz Ağaverdiyev məzarları ziyarət olundu. Sonra tədbir məktəbdə davam etdirildi. Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlanıb və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov donor təşkilat haqqında və layihə haqqında məlumat verdi.  O, həmçinin qeyd etdi ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulmasından və gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi elə vacib işlərdəndir ki, bunun həmişə davamı olacaqdır.

Tədbirdə şagirdlərin hazırladığı şeir və kompaziya maraqla izlənildi.

Şəhidlərin ailə üzvləri və yaxınları da çıxış edərək, şəhidlərə qarşı göstərilən ehtirama görə tədbir iştirakçılarına, eləcə də anım tədbirini təşkil edənlərə öz minnətdarlığını bildirdilər. Davud Rəhimli

 

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1543 dəfə oxunub




Flag Counter






» 23/9/2021- Vətən müharibəsində yaralanmış 2000 nəfərədək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

» 22/9/2021- Vətən müharibəsində yaralanmış 2000 nəfərədək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

» 22/9/2021- Reabilitasiya vasitələri ilə təminat sistemi gücləndirilərək, əhatə dairəsi genişləndirilir

» 22/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə, təqdim etdikləri vakansiya sayı 2518-ə çatdı

» 20/9/2021- Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib

» 20/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib

» 17/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- Agentlik 500-dək QHT ilə onlayn görüş keçirəcək

» 17/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 17/9/2021- Bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edildi

» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2021- Azərbaycanda 2020-ci il üzrə QHT Dayanıqlıq İndeksi açıqlanıb .

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu