23 Sentyabr 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
12/2/2018 “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi”


“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”

12 FEVRAL 2018 | OXUNUB: 

503

 

Fevralın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunmasına diqqət çəkərək, sənəddə əlilliyi olan şəxslərin təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi, onların təhsili üçün maneəsiz mühitin yaradılması və bütün dünyada aktual olan inklüziv təhsil vasitəsi ilə cəmiyyətə inteqrasiyasını təmin edən bütün amillərin nəzərə alındığını bildirib.

Rektor UNEC-də inklüziv təhsil sahəsində görülən işlərdən bəhs edərək, 2015-ci ildən universitetdə Əlilliyi olan tələbələr üçün mərkəzin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanda inklüziv ali təhsildə ikili diplom proqramının ilk dəfə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti arasında həyata keçirildiyini qeyd edib. UNEC-də 26 fiziki məhdudiyyətli tələbənin təhsil aldığına diqqət çəkən Ə.Muradov, onlara universitetin ictimai və sosial həyatında da fəal iştirak etmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Rektor ötən il beynəlxalq reytinqlərdə dünyanın ən “yaşıl” 619 universitetindən biri seçilən  UNEC-in inklüziv təhsil sahəsində də dünyanın ən yaxşı universitetləri ilə bir sırada dayanacağına əminliyini ifadə edib.

Çıxışına “inklüziv təhsil dedikdə ağla ilk gələn orta məktəblər olurdusa, ilk dəfə ali təhsil məkanında əlillərə doğru addım atan UNEC bu stereotipi dağıtdı” sözləri başlayan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli UNEC-in Əlilliyi olan tələbələr üçün mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. H.Rəcəbli ölkədə təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlardan danışaraq, bu sahədə ardıcıl işlər aparıldığını diqqətə çatdırıb. Bu gün Azərbaycanda bu sahədə müəyyən təcrübə əldə olunduğunu deyən komitə sədri, bununla bağlı hüquqi bazanın yaradıldığını və qanunlarda bu məsələnin təsbit edildiyini bildirib.

Dünya Əngəllilər Vəqfinin (WDU) vitse-prezidenti Necdet Öztürk dünya əhalisinin 15 faizinin fiziki məhdudiyyətli olduğunu diqqətə çatdıraraq, onların təhsil hüququnun qorunmasının vacibliyini qeyd edib. İnklüziv təhsilin xüsusiyyətlərindən danışan N.Öztürk bu sahədə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən faydalanmağı tövsiyə edib, beynəlxalq standartları açıqlayıb. O, inklüziv təhsildə UNEC modelinin çox uğurlu olacağına əminliyini ifadə edib.

Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında ali təhsilin olmasını vacib şərtlərdən biri kimi qiymətləndirən Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bu istiqamətdə universitetlərin üzərinə böyük məsulliyyət düşdüyünü qeyd edib. O, inklüziv təhsildə problemlərin aradan qaldırılması ilə bağlı layihələrin həyata keçirildiyinə diqqət çəkərək, UNEC də daxil olmaqla, ölkənin 6 ali təhsil müəssisəsində beynəlxalq təcrübəyə əsaslanan mərkəzlərin yaradıldığını vurğulayıb.

Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri, Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə müşaviri Müqalib Mahmudov Azərbaycan əhalisinin 6 faizinin əlil olduğunu bildirərək, bunun MDB məkanında ən aşağı göstərici olduğunu diqqətə çatdırıb. UAE Zayed Sosial Müdafiə Milli təşkilatının tədris sektorunun baş təlimçiləri Şaron Keqan və Tina merk inklüziv təhsil sahəsində öz təcrübələrini paylaşıblar. UNEC-in Əlilliyi olan tələbələr üçün mərkəzinin koordinatoru Sevinc Məhsimova mərkəzin fəaliyyətindən danışıb.

Konfrans çərçivəsində UNEC ilə Azərbaycan Əlil Təşkilatları İttifaqı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə UNEC-də əlilliyi olan şəxslərin abilitasiya və reabilitasiyası məqsədi ilə birgə effektiv pedaqoji prosedurların hazırlanması nəzərdə tutulub. Eyni zamanda birgə layihə, konfrans, seminar, təlimlərin təşkil edilməsi və digər məsələlər əks olunub.

Üç gün davam edəcək konfransda xarici və yerli mütəxəssislərin inklüziv ali təhsilin bütün istiqamətləri üzrə təlimləri təşkil ediləcək.

Konfrans UNEC, Dünya Əngəllilər Vəqfi (WDU), Azərbaycan Əlil Təşkilatları İttifaqı və Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2063 dəfə oxunub




Flag Counter






» 23/9/2021- Vətən müharibəsində yaralanmış 2000 nəfərədək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

» 22/9/2021- Vətən müharibəsində yaralanmış 2000 nəfərədək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib

» 22/9/2021- Reabilitasiya vasitələri ilə təminat sistemi gücləndirilərək, əhatə dairəsi genişləndirilir

» 22/9/2021- “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 512-yə, təqdim etdikləri vakansiya sayı 2518-ə çatdı

» 20/9/2021- Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib

» 20/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- Azərbaycanda Sosial Sahibkarlıq Forumu keçirilib

» 17/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 17/9/2021- Agentlik 500-dək QHT ilə onlayn görüş keçirəcək

» 17/9/2021- Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

» 17/9/2021- Bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edildi

» 16/9/2021- Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair mətbuat konfransı keçirilib

» 16/9/2021- Əlilliyin müəyyən olunması sistemində aparılan islahatlarda Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

» 16/9/2021- Məşğulluq sahəsində yeni konsepsiya və metodologiyanın, e-platformaların təqdimatı olub

» 16/9/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 14/9/2021- Azərbaycanda 2020-ci il üzrə QHT Dayanıqlıq İndeksi açıqlanıb .

» 13/9/2021- Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyinatı aparılıb

» 11/9/2021- Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

» 10/9/2021- “Məşğulluq marafonu”na başlanmasının 3 ayı tamam oldu