24 İyul 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
5/2/2018 Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)


Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı ölkəmizdə sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunmasına imkan verib.

Proqram çərçivəsində nazirlik tərəfindən verilən aktivlər hesabına respublikamızın 76 şəhər və rayonu üzrə 1172 ailə (o cümlədən 60 nəfər əlil və 21 şəhid, 206 məcburi köçkün ailəsi) aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıblar.  Həmin təsərrüfatların 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində həmçinin xalçaçılıq, misgərlik və s. üzrə də ailə  təsərrüfatları yaradılıb ki, bu da qədim xalq sənəti növlərinin inkişafına dəstək məqsədinə yönəlib.

Aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb. Eyni zamanda, bu təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək olmaqla, həmin sektorda məhsul istehsalının artımını da stimullaşdırıb.  Verilmiş aktivlərdən səmərəli şəkildə istifadə etməklə aztəminatlı ailələrin  öz kiçik ailə təsərrüflarını gözlənilən səviyyədə, uğurla qurmaları və bu təsərrüfatları daim inkişaf etdirməyə, genişləndirməyə çalışmaları özünüməşğulluq proqramının icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas yaradıb.

Cari ilin əvvəlindən İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan İşsizlikdən sığorta fondu işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin, xüsusilə də özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyətli şəkildə genişlənməsinə imkan yaradır.

 

 
 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 3672 dəfə oxunub




Flag Counter






» 23/7/2021- Prezident İlham Əliyev əlilliyi olan şəxslərə hümanist yanaşmanı nəzərdə tutan Qanunu təsdiqlədi

» 17/7/2021- Общественный совет при БТА обсудил план действий

» 17/7/2021- Nazir Sahil Babayev Milli Mətbuat Günü ilə əlaqədar Vətən müharibəsi döyüşlərinin iştirakçıları olan jurnalistlərlə görüşüb

» 17/7/2021- Əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər müzakirə olunub

» 16/7/2021- Son 6 ayda 31 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

» 16/7/2021- Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli oldu - SİYAHI

» 16/7/2021- Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

» 15/7/2021- “Fərdi elektron pəncərə”

» 14/7/2021- Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib

» 13/7/2021- Bu ilin 6 ayında 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb

» 7/7/2021- Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər “Məşğulluq marafonu”na necə müraciət edə bilər?

» 7/7/2021- Serbiya nümayəndə heyəti ölkəmizin reabilitasiya sistemi ilə tanış olublar

» 7/7/2021- Bakı üçün ilk olan velosiped yolu layihəsinin ilk fazası icra edilib.

» 6/7/2021- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş olub

» 6/7/2021- Gənclər Fondunun gənclər təşkilatlarını 15-ci qrant müsabiqəsi

» 2/7/2021- Şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 1524 şəxs üçün kiçik təsərrüfat yaradıldı

» 2/7/2021- Postmüharibə dövründə 929 qaziyə 6200-dək reabilitasiya vasitəsi verilib

» 2/7/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 2/7/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 1/7/2021- Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinə mediatur təşkil olunub