XƏBƏRLƏR




- 1/7/2017 DİQQƏT! “Əlil” işarəsindən istifadə qaydaları.
- - Əlilliyi olan insanların mövcud problemləri və onların həlli yolları"
- - GÜLƏN ÇOCUQ FESTİVALI
- - "İnkluziv ədalət” regionlarda
- - İnkluziv ədalət
- - Əlilliyi olan şəxslərin məşğulluğunun təmini
- - “Layihə Univerisiteti”nin təlimi davam edir
- - “Əlilliyi olan şəxslərin reabilitasiyası və sosial müdafiəsi: problemlər və perspektivlər”
- - Özünüməşğulluq proqramı çərçivəsində yaradılan ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb (VİDEO)
- - Beynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları”-nın (BGT ZK) Ali Məclisinin Konkfansı
- - Sosial Xidmətlər Agentliyi
- - "Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi barədə
DİQQƏT!
“Əlil” işarəsindən qanunda nəzərdə tutulan qaydalardan kənar istifadə edənlər cəzalandırılacaq.
01 iyul tarixdən yeni qaydalara əsasən əlilliyi olmayıb “Əlil” nişanı avtomobilinə vuranları cərimə gözləyir. Belə ki, öz avtomobilində “Əlil” tanınma nişanından qanunsuz istifadə edən şəxslər 40 manat məbləğində, “Əlil” tanınma nişanlı avtomobillər üçün nəzərdə tutulan parklanma yerində parklanan digər nəqliyyat vasitələrinin sürücüləri isə 10 manat məbləğində cərimə olunacaq. Hazırda bu sahədə ciddi çatışmazlıqlar vardır.
İstənilən əlilliyi olan şəxslər avtomobillərində “əlil” işarəsindən istifadə edə bilməz. Bu aşağıdakı hallarda olmalıdır:
“Yol hərəkəti haqqında” Qanunun 72-ci maddəsinin 5-ci bəndində deyilir:
Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur:
5) “Əlil” — I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində.
Bu məsələləri tənzimləyən digər bir normativ akt isə DİN-nin 1999-cu il 14 iyun tarixli, 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” təlimatdır. Bu təlimatın 2.15-ci bəndində deyilir ki, 1-ci və 2-ci qrup əlillərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında əlavə olaraq “Əlil” nişanı quraşdırılmasına icazə verilir.
Parklama yerlərinin sayından asılı olaraq əlilliyi olan şəxslərin istifadəsi üçün yerlər işarələnəcəkdir.
“Əlil” işarələrinin qoyulması, parklama yerlərində müvafiq işarələrin qoyulması, “əlil” işarəsi qoyulmuş parklama yerlərindən digərlərinin istifadə etməsi halları ilə əlaqədar Dövlət Yol Polisi, Bakı Şəhəri İcra Hakimiyyəti ilə əməkdalıqla Əlil Təşkilatları İttifaqı (ƏTİ) bu sahədə monitorinqlər aparmağa başlamışdır.
Davud Rəhimli
Bu xəbər 4241 dəfə oxunub