12 Avqust 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
17/5/2017 Əlilliyi olan şəxslərin hüquqlarının təbliği


Şuranın dəstəyi ilə əlilliyi olan şəxslərin hüquqlarının təbliğinə

həsr olunmuş yeni layihənin icrasına başlanılır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci ilin birinci qrant müsabiqəsində qalib olmuş “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” adlı layihəsinin icrasına başlanılıb.

Birliyin sədri Ramilə Rasimqızının verdiyi məlumata görə, layihənin məqsədi - əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlarla hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarətdir.

Layihənin benefisiarları əlilliyi olan və olmayan şəxslər (uşaqlar, gənclər, qadınlar, ahıllar və s.), sosial işçilər, təhsil işçiləri, tibb işçiləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarının, yerli icmaların, QHT və KİV-lərin nümayəndələridir.

Layihə çərçivəsində ölkəmizin milli qanunvericilik bazasının insan hüquqlarının təmini baxımından monitorinqi aparılacaq və əldə olunan nəticələr kompleks şəkildə təhlil edildikdən sonra bir sıra milli qanunvericilik aktlarının BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasına uyğun olaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlanaraq Milli Məclisin müvafiq komitələrinə, eləcə də digər aidiyyəti dövlət orqanlarına təqdim ediləcəkdir. Bundan əlavə Bakı, Sumqayıt şəhərində, Abşeron, Ağcabədi rayonlarında isə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər zamanı əlilliyin anlayışı, səbəbləri və qrupları, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT tərəfindən insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verililəcəkdir.  

Bunlardan əlavə təcrübəli ekspertlərin iştirakı ilə əlillik məsələlərinə dair yerli qanunvericilikdə təsbit edilən, habelə beynəlxalq təcrübədə qəbul olunmuş terminlər, istifadəsi məsləhət görülməyən söz və ifadələr, zəruri reabilitasiya vasitələri və protez-ortopedik məmulatlar, əlilliyi olan şəxslərin milli qanunvericilik və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquqları, onların müdafiəsi üzrə mövcud dövlətdaxili və beynəlxalq təsisatlar, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial inklüziyası (bərabər imkanların təminatı) ilə bağlı mövcud problemlər və onların həlli sahəsində dövlətimiz tərəfindən həyata keçirilən fəaliyyətlər barədə də təqdimatlar ediləcək, eləcə də qarşıdan duran vəzifələr barədə geniş müzakirələr aparılacaqdır.

 

Mətbuat xidməti

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2507 dəfə oxunub




Flag Counter






» 9/8/2022- Azərbaycan və Moldova arasında sosial müdafiə sahəsində əməkdaşlıq genişlənir

» 9/8/2022- Sosial Xidmətlər Agentliyinin yeni Mərkəzində hər ay 40 nəfər uşağa reabilitasiya xidmətləri göstəriləcək

» 9/8/2022- QARABAĞ möhtəşəm qələbə!

» 9/8/2022- DOST Agentliyinin yaradılmasından 4 il ötür

» 8/8/2022- Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərini əldə edirlər

» 6/8/2022- Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumu ilə əlaqədar Əlil Təşkilatları İttifaqının müraciəti

» 6/8/2022- “Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 6/8/2022- “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

» 5/8/2022- Ombudsmanın Cənub Regional Mərkəzinin açılış mərasimi olub VİDEO

» 4/8/2022- Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

» 4/8/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/8/2022- QHT sədrinə ağır itgi.

» 3/8/2022- Nazir Sahil Babayev: “Əvvəllər müharibə əlili olmuş, lakin sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş edilir”

» 2/8/2022- Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

» 2/8/2022- Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlandı

» 1/8/2022- Daha 150-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib

» 1/8/2022- Şəhid uşaqları üçün yay düşərgəsində interaktiv təlimlər də təşkil olunur

» 1/8/2022- Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

» 1/8/2022- “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin icrasına başlanılıb

» 1/8/2022- Özünüməşğulluq proqramı üzrə son bir həftədə daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik ailə təsərrüfatları yaradılıb