11 May 2021-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
23/2/2017 Xocalı Soyqırımının iyirmi beşinci ildönümü


Xocalı Soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş birgə tədbir keçirildi

22 fevral 2017-ci il tarixdə Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) ilə birgə Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində Elmi-praktik konfransı keçirilmişdir. Konfrans öncəsi Kadrlar və Hüquqi Təminat şöbəsinin prokuroru, ədliyyə kapitanı Vüsal Əliyev tədbir iştirakçılarına muzeydə saxlanılan eksponatlar barədə, həmçinin Xocalı Soyqırımını əks etdirən tarixi sənədlər barədə ətraflı məlumat vermişdir. “Xocalı Soyqırımının iyirmi beşinci ildönümü”nə həsr olunmuş Elmi-praktiki konfransı giriş sözü ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı cənab Xanlar Vəliyev açıq elan etmiş və Xocalı Soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir. Bundan sonra Xanlar Vəliyev, bəşəriyyətin ən böyük faciələrindən olan, bütün beynəlxalq hüquq normalarının pozulması ilə törədilmiş Xocalı Soyqırımı haqqında geniş məlumat verərək bu barədə həqqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl işlər görən Möhtərəm Prezidentimiz İlham Əliyev, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın bu sahədəki fəaliyyətlərindən, həmçinin «Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli sərəncamından və həmin sərəncamın icrası ilə əlaqədar görülmüş işlərdən danışdı, ardınca məlum “aprel döyüşləri”ndən, o cümlədən Ermənistanın silahlı təxribatının qarşısını peşəkarlıqla alaraq, düşmənə layiqli cavab verən Azərbaycan Ordusunun qəhrəmanlığından söz açaraq bu barədə də çıxış etdi, daha sonra isə “Soyqırım Muzeyi” barədə ətraflı məlumat verdi. Sonda Xanlar Vəliyev, artıq dünya ictimaiyyətinin də həqiqətin nədən ibarət olmasını çox yaxşı başa düşdüyünü vurğulayaraq, azərbaycanlılara qarşı misli görülməyən cinayətlər törətmiş erməni qanunsuz silahlarının cinayət məsuliyyətinə cəlb ediləcəkləri günün uzaqda olmadığını bildirdi. 
Sonra Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti cənab Rauf Zeyni çıxış edərək, Xocalı Soyqırımı ilə əlaqədar 25 il ərzində dövlət və vətəndaş cəmiyyəti tərəfindən aparılan işlər, “Xocalıya ədalət” kompaniyası tərəfindən atılan addımları yüksək qiymətləndirmiş və torpaqlarımızın işğaldan azad olunması üçün dövlət səviyyəsində görülən işlər, aprel döyüşləri və Cocuq Mərcanlıya qayıdış haqqında öz fikirlərini bildirmişdir. Konfransda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq Şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri cənab Ülvi Əhmədov, MQF-nin İdarə heyətinin sədri Qorxmaz İbrahimli, MQF-nin vitse-prezidenti Nüşabə Məmmədova və “Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri” İB-nin sədri Mehdi Mehdiyev çıxış etmişlər. 
Tədbirdə “Soyqırım muzeyi” kitabının təqdimatı keçirilmişdir. Memorial Soyqırımı Muzeyinin konfrans zalında Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən hazırlanmış “Əsrin faciəsi” rəqəmsal video disklər və slaydlar nümayiş olunmuşdur.

Davud Rəhimli

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 1819 dəfə oxunub

Oxşar xəbərlər:





Flag Counter






» 10/5/2021- Ümumilli lider Heydər Əliyevin anadan olmasından 98 il keçir.

» 9/5/2021- Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

» 10/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 07/5/2021- Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi

» 5/5/2021- Ötən illərdə düzgün hesablanmadan aşağı məbləğdə təyin olunmuş pensiyalar müəyyən edilərək artırılıb

» 5/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 3/5/2021- Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair onlayn tədbir təşkil edib

» 30/4/2021- Qəbələ və Şəmkirdə tikilən Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

» 30/4/2021- Aktiv məşğulluq tədbirləri sahəsində Litva ilə əməkdaşlıq həyata keçiriləcək

» 1/5/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 30/5/2021- Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

» 30/4/2021- Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vusal Quliyev isə sədr müavini seçilib.

» 30/05/2021- Allah rəhmət eləsin.

» 28/4/2021- QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri müəyyənləşdi

» 28/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 27/4/2021- Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuraya seçki keçirilib - FOTO+VIDEO (qht.az)

» 27/4/2021- Özünüməşğulluq proqramına cəlb olunanlar əsasən həssas qruplardan olanlar, qadınlar və gənclərdir

» 26/4/2021- Çernobıl əlillərinin sosial təminatı sahəsində hansı işlər aparılır?

» 26/4/2021- QARABAĞ AZƏRBAYCANDIR!

» 24/4/2021- QHT sədri koronovirusdan vəfat etdi