XƏBƏRLƏR




- 11/11/2016 Qəhrəmanlarını tanıyaq və tanıdaq!
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
“Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən, “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq 8 noyabr 2016-cı il tarixində, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” hərbi vətənpərvərlik mövzüsu ilə seminar–müşavirə keçirildi.
Tədbirə Binəqədi, Xəzər, Xətai, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal, Abşeron, Sumqayıt, Qaradağ şəhər (rayon) veteran təşkilatlarının sədrləri, eyni zamanda Respublika Veteranlar Təşkilatının əməkdaşları, fəal gənclər, veteranlar, Müdafiyə Nazirliyinin Təlim-tədris məkəzində təlim keçən zabitlər, müvafiq dövlət və Qeyri Hökumət Təşkilatlarının, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, yazıçı şairələr, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Rafıq Alıcanovun ailə üzvləri və başqa şəhid ailələri iştirak etdilər.
Tədbiri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov giriş sözü ilə açaraq ilk öncə tədbir iştirakçılarından Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuşların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.
Daha sonra Cəlil Xəlilov həyata keçirilən “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” layihəsinin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, ölkəmizdə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi Dövlət Gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişmələri məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır.
Cəlil Xəlilov çıxışının sonunda qeyd etdi ki, layihə çərçivəsində keçirilən tədbirin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.
Daha sonra tədbirdə mövzu ilə bağlı Məruzəçilər Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin müdürü ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Təşkilati və Analitik İnformasiya şöbəsinin müdiri ehtiyatda olan polkovnik Lətif Babayev və Veteran Qəzetinin məsul katibi Səidə Abdullayeva çıxış edərək, “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” hərbi vətənpərvərlik mövzularında məruzələr, eyni zamanda Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli Qəhrəmanları adına layiq görülmüş şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan danışdılar.
Tədbirdə iştirak edən "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Mehti Mehtiyev, Azərbaycanın Respublikasi Müdafiyə Nazirliyinin Hərb Tarixi Muzeyinin direktoru polkovnik Əzizağa Qənizadə, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti Sərraf Orucov, yazıçı şairələrdən Fəridə Ləman və Azərbaycanın Milli Qəhrəmanı Rafiq Alıcanovun həyat yoldaşı Bəturə Alıcanova çıxış edərək həyata keçirilən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən, “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində orta və ali məktəblərdə “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” hərbi vətənpərvərlik mövzüsu ilə keçirilmiş seminar–müşavirə tədbirlərinı müsbət dəyəndərdirdilər.
Tədbirdə Azərbaycanın Milli Qəhrəman Rafiq Cəfər oğlu Alıcanova həsr olunan “QƏHRAMANLAR HEÇ VAXT UNUDULMUR” filmi nümayiş etdirildi və tədbirin sonunda bir neçə şəhid ailəsinə ərzaq yardımı edildi.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının Mətbuat Xidməti
https://www.youtube.com/watch?v=LwfbInlwAAM&feature=youtu.be
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/LwfbInlwAAM" frameborder="0" allowfullscreen></iframe>
Davud Rəhimli
Bu xəbər 2684 dəfə oxunub