XƏBƏRLƏR




- 24/10/2016 Əlilliyi olan şəxslərin məşğulluğunun təmini 3
- - «Ağ ölümə yox»
- - HUMAN RIGHTS DAY
- - President Ilham Aliyev and first lady Mehriban Aliyeva visited Alley of Honors and Alley of Martyrs https://video.azertag.az/en/video/106661
- - ДЕНЬ ЗАЩИТЫ ПРАВ ЛЮДЕЙ
- - 5 МАЯ - ЕВРОПЕЙСКИЙ ДЕНЬ ЛЮДЕЙ С ИНВАЛИДНОСТИ
- - Yeni sosial layihələrin icrası işləri uğurla davam etdirilir
- - SƏN DƏ ƏLİL OLA BİLƏRSƏN
- - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
- - “Milli xalçaçılıq sənətinin inkişafı və əlilliyi olan şəxslərin məşğulluğu
- - Sosial xidmət sahəsində dövlət sosial sifarişləri
- - “Rio Paralimpiya Oyunlarından parlaq qələbələrlə”
Əlilliyi olan şəxslərin məşğulluğunun təmin layihəsi 3 mərhələsini davam etdirir.
“Ülfət”Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədi ilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihənin icrası üzrə peşə kurslarının 3-cü mərhələsini davam etdirir.
3-cü mərhələ Oktyabr ayının 5-dən start götürüb.Oktyabr ayının sonuna qədər davam edəcək peşə kurslarına 16 nəfər əlilliyi olan gənclər cəlb olunub.Kurslar həftə boyu davam etdirilir.Gün ərzində 2 dərs olmaqla 8 nəfər əlilliyi olan şəxslər iştirak edir.Kursda office proqramları iştirakçılara mükəmməl olaraq öyrədilir. Peşə kursları oktyabr ayının sonuna qədər davam edəcək və sonda 16 nəfər sertifikatla təmin olunacaq. Təlim kurslarının iştirakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud gənclərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq. Eyni zamanda fiziki məhdud gənclərin öz problemlərinin həllində özlərinin iştirakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul vercək.
Təlim kurslarının üçüncü mərhələsi oktyabr ayının sonuna qədər qədər davam edəcək.
Səbinə Kərimova
Bu xəbər 2577 dəfə oxunub