26 İyun 2022-ci il

Əsas Səhifə Webmail


XƏBƏRLƏR

11px13px15px17px
07/10/2016 Siz tək deyilsiniz! Biz sizinləyik


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz! Biz sizinləyik”  layihəsi həyata keçirilir

     Layihənin rəhbəri Şəhla Qarayeva həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, Aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də, mövcud problemlərin həlli üçün ictimai birliklərin, mətbuatın və fəal vətəndaşların dəstəyindən yararlanmaq dövlətimiz və cəmiyyətimiz üçün faydalıdır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların  özlərini cəmiyyətdən kənar hiss etməmələri üçün onların yaşayışını diqqətdə  saxlamaqla sosial təminatını müntəzəm olaraq yaxşılaşdırmağa çalışmalıyıq. Lakin təəssüflər olsun ki, uşaq evlərində, internatlarda yaşayan doğmaları tərəfindən unudulmuş insanlarımız hələ də çoxdur.  Buna görədə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Siz tək deyilsiniz! Biz sizinləyik”,  Tənha insanlara sosial və psixoloji dəstək layihəsini həyata keçirməyi qarşıya məqsəd qoymuşuq. Layihə iyul ayının 10-dan noyabr ayının 10-na qədər 4 ay müddətində həyata keçiriləcək.

 Layi­hənin əsas məqsədi uşaq evlərində, internatlarda yaşa­yan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllinə köməklik göstərməkdən ibarətdir. Layihə eyni zamanda maarifləndirmə missiyasına da malikdir.

 Layihədə qaldırılmış I-ci problem günümüzün ən aktual problemlərindən biri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların promlemləridir.

Yeniyetmə və gənclərin 18 yaşı tamam ol­duq­­dan sonra aqibətləri necə olur? Onları sonrakı müddətdə nə­lər gözləyir?  Hər iki sual ictimayyəti dərindən düşündən və  çox narahat edən problemlərdən biridir.

 Yetkinlik yaşına çatıb müəssisəni tərk etmiş uşaqların yerləş­dirilməsi, mənzil və iş təminatı ilə mövcud qanunvericiliyə əsasən, rayon İcra hakimiyyətləri nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya məşğul olmalıdır.

 İnternat məktəblərini bitirən məzunların əksəriyyəti məzun olarkən öz bioloji və ya qəyyum ailələrinə qayıtsa da, təəssüflər olsun ki, bir çoxu sahibsiz və nəzarətsiz qalaraq həyatlarını küçələrdə baxımsız şəraitdə davam etdirirlər. Bu gənclərərin müvəqqəti yaşadıqları internat evlərindən çıxdıqdan sonda harada yaşamaları və işləmələri onlar üçün problemə çevrilir. Onların bir çoxu gündəlik təlabatlatlalarını ödəyib, dolanışıq üçün hətta müxtəlif cinayətlər törədirlər.

 Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənc qızların bəzisi isə dolanışıq üçün məcburiyyət qarşısında qalaraq çox vaxt münasib olmayan yerlərdə işləyərək yüngül, layiqli olmayan həyata yuvarlanırlar. Bir çox kimsəsiz qızlar isə aldadılaraq nigahdan kənar uşaqlar dünyaya gətirərək onları atasız böyüdür, müəyyən sosial və pisixoloji problemlər yaşayırlar.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclər maddi imkansızlıq səbəbindən vaxtı-vaxtında tibbi müayinədən keçmədiklərindən özləri də bilmədən müxtəlif infeksion xəstəliklərə tutulurlar. Bu da gələcəkdə ailə qurduqda onların həyatında xoşagəlməz fəsadlara gətirib çıxardır. Bu insanların həm yaşayış, həm də iş yerlərinin olmaması səbəbindən əziyyət çəkərək ailə qura bilmirlər. Belə hallar isə bizim gələcək nəslin genefonduna və gənclərin milli ruhda tərbiyə olunmasına mənfi təsir göstərir.

       Layihə çərçivəsində qeyd etdiyimiz problem ürək ağrıdan, cox ciddi, aktual və milli mentalitetizmə ləkə gətirən və vətəndaşları çox narahat edən problemlərdir.

      Düşünürük ki, layihə çərçivəsində maarifləndirmə məqsədi ilə çap olunmuş, SİZ TƏK DEYİLSİNİZ BİZ SİZİNLƏYİK! kitabı valideyn­lərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsi işini asanlaşdıracaq və bu sahədə görülən işlərə layiqli töhfə olacaqdır.

Ümid edərək inanırıq ki, “Siz tək deyilsiniz! Biz sizinləyik”  Tənha insanlara sosial və psixoloji dəstək layihəsi sahəsində görüləcək işlər Azərbaycan Dövlətinin Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclər barəsində nəzərdə tutulmuş dövlət siyasətinə və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına dəstək olacaqdır.

               

                 “Siz tək deyilsiniz! Biz sizinləyik”  Tənha insanlara sosial və

                    psixoloji dəstək  layihəsinin rəhbəri Şəhla Qarayeva     

                   Email:  qarayevashehla@gmail.com                                                             

 



Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Bu xəbər 2312 dəfə oxunub




Flag Counter






» 22/6/2022- Mehman İsmayılov: İki ildir Silahlı Qüvvələr Günü respublikamızın hər yerində daha əlamətdar və qürurla keçirilir

» 22/6/2022- Nazirlikdə daha bir qrup şəhid ailəsi və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirildi

» 21/6/2022- Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

» 20/6/2022- Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir

» 20/6/2022- Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb

» 18/6/2022- Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq

» 18/6/2022- Əlilliyi olan uşaqlar üçün “Reabilitasiya avtobusu” fəaliyyətə başladı

» 17/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 16/6/2022- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci ilin yanvar-may aylarının yekunları üzrə fəaliyyətinə dair qısa məlumat

» 16/6/2022- "Partners & Business" sərgi-konfransında məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri təqdim edilir

» 15/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 15/6/2022- Milli Qurtuluş Günündə Vətən müharibəsi əlillərinə bayram hədiyyəsi

» 15/6/2022- 15 iyun ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıc tarixinə çevrildi

» 14/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!

» 12/6/2022- Əlillikdə yeni meyarlar: nə dəyişəcək?

» 12/6/2022- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 190 benefisiara təlimlər keçirilir

» 11/6/2022- Milli QHT Forumunun yarandığı gündür

» 10/6/2022- Son 3 ildə 160 mindən çox şəxsə, postmüharibə dövründə 3 min qaziyə əlillik təyin edilib

» 9/6/2022- Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edib.

» 9/6/2022- QARABAĞ AZƏRBAYCANDIR!